Əsas Səhifə > Manşet / Təhsil > “Cənab Prezident, Siz torpaq, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdiniz”

“Cənab Prezident, Siz torpaq, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdiniz”


3-05-2021, 18:56


Minarə Rəhimovadan, 

Möhtərəm cənab Prezident.

Biz 44 günlük Vətən müharibəsinin, tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi çox sevinir, Vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk.

Bu Vətən müharibəsinin ilk günlərindən Sizin - müzəffər ordumuzun qalib Ali Baş Komandanının qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar hissi keçirdik.

Birinci Qarabağ müharibəsinin şahidi, düşmənlə sərhəddə yerləşən kənd sakini və bir ziyalı kimi müharibənin ağrısını və çətinliklərini yaxşı dərk edirəm. Siz dəyanətinizlə milli ruhun daşıyıcısı, ilhamverici qüvvəsi olaraq bütün vətəndaşların güc və enerjisini qələbəyə yönəltməyi bacardınız. Torpaq, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdiniz.

30 illik işğala son qoyan Vətən müharibəsində silahlı qüvvələrin, hakimiyyət nümayəndələrinin və vətəndaşların həmrəyliyi bizim qələbəmizin əsasını təşkil etdi. Hər şey Vətən üçün, hər şey cəbhə üçün çağırışı altında birləşərək, gücümüzü ortaya qoymağı, bütöv Azərbaycan olmağı bacardıq. 44 günlük Vətən müharibəsinin hər bir günü bizim üçün şərəf və ləyaqət günü oldu.

Bu tarixi bizə yaşatdığınız üçün Qazax rayonun Kəmərli kənd sakinləri adından Sizə dərin təşəkkürümü bildirirəm, uzun ömür və cansağlığı arzulayıram.

Hörmətlə,

Minarə Rəhimova

Azərbaycan Respublikası, Qazax rayonu, Kəmərli kəndi.


Geri qayıt