İcra başçısı vətəndaşların müraciətinə yerində baxıb
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında
ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğının, ölkə rəhbərinin
vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin
təməlində vətəndaş məmnunluğu dayanır. Ən əsası isə ölkə başçısının rəhbərliyi
ilə həyata keçirilən işlər bir daha onu təsdiq edir ki, dövlət hər zaman öz
vətəndaşının yanındadır. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə
də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz
çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət
məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri,
sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz
dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi
tapşırıq və tövsiyələr də məhz bu amala xidmət edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşovun şəhərin Əliağa Şıxlinski küçəsi döngə 3 ünvanında yaşayan bir qrup
sakinin müraciətinə aidiyyəti şəxslərin iştirakı ilə yerində baxış
keçirməsi vətəndaşlara göstərilən diqqətin əyani sübutudur. Vətəndaşların yaşadıqları ərazidən keçən arxın kənarında
bərkidilmə işinin aparılması və üzərində piyada keçidinin salınması ilə bağlı müraciətlərini
diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi, bu gün də edilən
müraciətə həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələnin həlli
istiqamətində lazımi tədbirlər görüləcəyini qeyd edərək aidiyyəti üzrə
tapşırıqlarını verib. Vətəndaşlar onlara göstərilən diqqətə, qayğıya görə
ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş