İcra başçısı vətəndaşın müraciətinə yerində baxıb
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələrin, görülən işlərin əsasında, yürüdülən dövlət siyasətinin təməlində vətəndaş amili dayanır. Atılan hər bir addımda ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması, onların etdikləri müraciətlərin müsbət həlli, ən əsası da vətəndaş məmnunluğu əsas götürülür. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də bunu bir daha sübut edir.
Ölkə rəhbərinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da daim hiss olunur. Vətəndaş amili rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunu sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, vətəndaşların müraciətinə operativ şəkildə cavab verilməsindən, yaşadıqları ünvandan asılı olmayaraq yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur. Vətəndaşlara olan diqqət və qayğı sayəsində bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağını bilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün şəhərin Azadlıq küçəsi 70A ünvanında yaşayan Vəliyev Qərib Kərəm oğlunun müraciətinə yerində baxıb. Vətəndaşın yaşadığı ünvanda su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı müraciətini dinləyən icra başçısı qeyd edilən məsələnin müsbət həllini tapması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Q.Vəliyev vətəndaşlara göstərilən diqqətə, qayğıya görə sakinlər adından ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Onun müraciətinə belə həssaslıqla yanaşıldığına görə rayon rəhbərinə razılığını ifadə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş