Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciətinə yerində baxıb
İcra başçısı vətəndaşların müraciətinə yerində baxıb6-04-2021, 22:24 |
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğının, ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində vətəndaş məmnunluğu dayanır. Ən əsası isə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən işlər bir daha onu təsdiq edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də məhz bu amala xidmət edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin Əliağa Şıxlinski küçəsi döngə 3 ünvanında yaşayan bir qrup sakinin müraciətinə aidiyyəti şəxslərin iştirakı ilə yerində baxış keçirməsi vətəndaşlara göstərilən diqqətin əyani sübutudur.
Vətəndaşların yaşadıqları ərazidən keçən arxın kənarında bərkidilmə işinin aparılması və üzərində piyada keçidinin salınması ilə bağlı müraciətlərini diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi, bu gün də edilən müraciətə həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələnin həlli istiqamətində lazımi tədbirlər görüləcəyini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını verib. Vətəndaşlar onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
GOYEZEN.AZ Geri qayıt |