İcra başçısı 5 kənddə vətəndaşların su təminatının yaxşılaşdırılması üçün görüləcək işləri aidiyyəti şəxslərlə birlikdə yerində müzakirə edib
Bu gün hər kəsə yaxşı məlumdur ki, cənab Prezident
İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı
dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən birini təşkil
edir. Son illər ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət
siyasətinin və görülən işlərin təməlində məhz vətəndaş məmnunluğu dayanır.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra
olunan layihələr bir daha onu təsdiq edir ki, dövlət hər zaman öz vətəndaşının
yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və
tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan
məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə
də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz
çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət
məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri,
sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz
dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi
tapşırıq və tövsiyələr bunun əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşovun rayonun Daş Salahlı, Çaylı, Bala Çaylı, Dəmirçilər, Məzəm kəndlərində
yaşayan sakinlərin içməli su təminatının yaxşılaşdırılması istiqamətində
görüləcək işləri aidiyyəti şəxslərin və kənd sakinlərinin iştirakı ilə yerində
müzakirə etməsi vətəndaşlara olan qayğının daha bir bariz nümunəsidir. Adı
çəkilən kəndlərdə su probleminin köklü şəkildə öz müsbət həllini tapması üçün
görüləcək işlərin müzakirə edilməsi və bununla bağlı aidiyyəti şəxslərə
tapşırıq verilməsi bir daha onu sübut edir ki, rayon rəhbərliyi vətəndaşların
qaldırdığı hər bir məsələyə həssaslıqla yanaşır. Qeyd
etdiyimiz kəndlərdə su təminatının
yaxşılaşdırılması istiqamətində görüləcək işləri kənd sakinləri də razılıq
hissi ilə qarşılayıblar. Sakinlər onlara göstərilən diqqətə, qayğıya görə ölkə
Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün
sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli
istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş