Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı 5 kənddə vətəndaşların su təminatının yaxşılaşdırılması üçün görüləcək işləri aidiyyəti şəxslərlə birlikdə yerində müzakirə edib
İcra başçısı 5 kənddə vətəndaşların su təminatının yaxşılaşdırılması üçün görüləcək işləri aidiyyəti şəxslərlə birlikdə yerində müzakirə edib9-02-2021, 21:53 |
Bu gün hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində məhz vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr bir daha onu təsdiq edir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Daş Salahlı, Çaylı, Bala Çaylı, Dəmirçilər, Məzəm kəndlərində yaşayan sakinlərin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işləri aidiyyəti şəxslərin və kənd sakinlərinin iştirakı ilə yerində müzakirə etməsi vətəndaşlara olan qayğının daha bir bariz nümunəsidir. Adı çəkilən kəndlərdə su probleminin köklü şəkildə öz müsbət həllini tapması üçün görüləcək işlərin müzakirə edilməsi və bununla bağlı aidiyyəti şəxslərə tapşırıq verilməsi bir daha onu sübut edir ki, rayon rəhbərliyi vətəndaşların qaldırdığı hər bir məsələyə həssaslıqla yanaşır. Qeyd etdiyimiz kəndlərdə su təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işləri kənd sakinləri də razılıq hissi ilə qarşılayıblar. Sakinlər onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.
GOYEZEN.AZ Geri qayıt |