İcra başçısı şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasında olub
Hər kəsə
yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında
fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə
tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına əsasən fevralın 15-dən respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da məktəbəqədər
təhsil müəssisələrinin fəaliyyəti bərpa olunub. Qazax Rayon İcra
Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər biri öz işini Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən
mövcud vəziyyət nəzərə alınmaqla həyata keçirir. Bütün bağçalarda dezinfeksiya,
eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə
olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək
səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən
ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz
nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov şəhərdə fəaliyyət göstərən 1 saylı Körpələr Evi-Uşaq
bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların
davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının, eləcə də hava şəraiti
ilə əlaqədar istilik sisteminin mövcud vəziyyəti ilə maraqlanıb. Həmçinin, bağçada təmizlik və
dezinfeksiya işlərinin aparılması, hər gün işçi heyətin və uşaqların
temperaturunun ölçülməsi, gigiyenik qaydalara ciddi şəkildə riayət olunması və
digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Bağça müdiri Gülnar Qocayeva xüsusi karantin rejiminin
tələblərinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl etdiklərini
vurğulayıb. Bağça müdiri ölkəmizdə uşaqların sosial müdafiəsinin
gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv
və valideynlər adından minnətdarlığını bildirib. Rəhbər təyin olunduğu ilk
gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə
sonsuz təşəkkürünü çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş