• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı şəhərdə, Canalı və Kosalar kəndlərində fəaliyyət göstərən Körpələr Evi-Uşaq bağçalarında olub

5 saylı Körpələr Evi-Uşaq bağçası

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına əsasən fevralın 15-dən bərpa olunub.

Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər birində Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla, dezinfeksiya, eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. 

Hər kəsə o da yaxşı məlumdur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bunun əyani sübutudur.

2 saylı Uşaq bağçası

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə fəaliyyət göstərən 2 saylı Uşaq bağçasında, 5 saylı Körpələr Evi-Uşaq bağçasında, Canalı kənd Uşaq bağçasında, Kosalar kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasında 3 saylı Uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, istilik sisteminin, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbəri bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılması, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsi, gigiyenik qaydalara ciddi şəkildə riayət olunması və digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Bağça müdirləri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Öz işlərini xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində qurduqlarını, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl etdiklərini vurğulayıblar.

Canalı kənd Uşaq bağçası


GOYEZEN.AZ



Facebook-da paylaş