• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya işləri aparılır


Bildiyiniz kimi, son vaxtlarda ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarının 2.1-ci bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin 2021-ci il fevralın 15-dən əyani formada təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.

Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən 25 (6-sı şəhər, 19-u kənd) uşaq bağçasında dezinfeksiya işləri aparılır. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanır.

Bu gün növbəti dezinfeksiya işləri şəhər 1 və 4 saylı körpələr evi-uşaq bağçalarında aparılıb.

Qeyd edək ki, bütün bağçalarda işçi heyət hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Dezinfeksiya işləri başa çatdıqdan sonra uşaq bağçalarında geniş təmizlik, tibbi-profilaktik işlər də görülür. Otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq. Bundan əlavə, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacaq. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Şəhər 1 saylı körpələr evi-uşaq bağçası













 Şəhər 4 saylı körpələr evi-uşaq bağçası




















 

GOYEZEN.AZ



Facebook-da paylaş