Bildiyiniz
kimi, son vaxtlarda ölkəmizdə koronavirus pandemiyasına qarşı
aparılan mübarizə tədbirləri nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə
əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Xüsusi karantin rejimi dövründə Azərbaycan
Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili
ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarının
2.1-ci bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə
prosesinin 2021-ci il fevralın 15-dən əyani formada təşkili ilə bağlı müvafiq qərar
qəbul edilib.
Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət
nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil
müəssisələrində müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və
kəndlər üzrə fəaliyyət göstərən 25 (6-sı
şəhər, 19-u kənd) uşaq bağçasında dezinfeksiya işləri
aparılır. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin
əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi
dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı
ilə dərmanlanır.
Bu gün növbəti dezinfeksiya işləri şəhər 1 və 4 saylı
körpələr evi-uşaq bağçalarında aparılıb.
Qeyd edək ki, bütün bağçalarda işçi heyət hazırkı
şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Dezinfeksiya işləri
başa çatdıqdan sonra uşaq bağçalarında geniş təmizlik, tibbi-profilaktik işlər də
görülür. Otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət
artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq. Bundan əlavə, hər
bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacaq. Hər gün
bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər
tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Rayonda uşaq bağçaları fəaliyyətə
başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu
müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl
olunmasına nəzarət Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən
həyata keçiriləcək.
Şəhər 1 saylı körpələr evi-uşaq bağçası
Şəhər 4 saylı körpələr evi-uşaq bağçası
GOYEZEN.AZ
Geri qayıt
|