İcra başçısı rayonda uşaq bağçalarının açılması ilə əlaqədar 6 saylı körpələr evi-uşaq bağçasında aparılan hazırlıq işlərinin mövcud vəziyyətini öyrənib
Son
vaxtlarda ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində
sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Xüsusi karantin rejimi dövründə Azərbaycan
Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili
ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarının
2.1-ci bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə
prosesinin 2021-ci il fevralın 15-dən əyani formada təşkili ilə bağlı müvafiq qərar
qəbul edilmişdir. Uşaq bağçalarının
fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik
normalara əməl edilməklə mümkün olduğundan rayon ərazisində fəaliyyət göstərən körpələr
evi-uşaq bağçalarında hazırlıq
tədbirləri həyata keçirilir. Bağçaların
tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik
işlər görürlər. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı
təlimatlandırılıb. Bütün
bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya
məhlulları ilə təmin edilib. Bağçaların
oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların
havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata
keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq. Hər bir
bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya
gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez
valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya
işləri aparılacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov 90 yerlik Qazax şəhər 6 saylı körpələr
evi-uşaq bağçasında olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Bağçada təmizlik və dezinfeksiya işlərinin aparılması, gigiyenik
qaydalara ciddi riayət olunması və digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq
tapşırıqlar verib. Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Elnarə Qurbanova ölkəmizdə
uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və
qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını
bildirib. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi
münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb. Bağça fəaliyyətə başladıqdan sonra
xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar
çərçivəsində işləyəcəklərini, sanitar-gigiyena və karantin
qaydalarının tələblərinə ciddi əməl edəcəklərini,
bunun üçün böyük səylə çalışacaqlarını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş