Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçası da uzun fasilədən sonra körpələrlə görüşdü – FOTO/VİDEO
Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da məktəbəqədər təhsil müəssisələri son vaxtlar ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində
sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən qapılarını körpə
fidanların üzünə yenidən açdı. Uşaq bağçalarının fəaliyyətinin davam etdirilməsi
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan
Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili
ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına uyğun
olaraq həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan
şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u
kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər
birində Nazirlər Kabinetinin müvafiq
Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla, dezinfeksiya,
eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. 95 yerlik Qazax şəhər 3 saylı
körpələr evi-uşaq bağçası da uzun fasilədən sonra körpə balalarla görüşdü.
Bu gün bağçada həyat öz axarı ilə davam edir. Əvvəlki tək bağça həyətindən
uşaq səsləri, körpə gülüşləri eşidilir. Bağçada xüsusi karantin rejiminin tələblərinə,
sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilir. İşçilərin tibbi
maskadan istifadəsinə, sosial məsafənin gözlənilməsinə, bağçaya gələn işçi
heyətin və uşaqların temperaturunun ölçülməsinə, cədvəldə qeyd olunmasına,
otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqətin
artırılmasına birmənalı şəkildə riayət olunur. Bağça müdiri, tərbiyəçi müəllimlər, valideynlər
bağçaların açılmasını sevinc hissi ilə qarşılayırlar. Cənab Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində
pandemiya ilə mübarizə sahəsində görülmüş işləri və əldə edilən uğurlu nəticələri
yüksək qiymətləndirirlər. Xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə
yanaşmağın, ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd
edirlər. Bu barədə GOYEZEN.AZ internet
portalına fikirlərini bölüşən tərbiyəçi müəllimin və valideynin minnətdarlıq
dolu həmin videosunu təqdim edirik.
Facebook-da paylaş