Əsas Səhifə > Manşet / Təhsil > Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçası da uzun fasilədən sonra körpələrlə görüşdü –

Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçası da uzun fasilədən sonra körpələrlə görüşdü –


17-02-2021, 21:47


Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məktəbəqədər təhsil müəssisələri son vaxtlar ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən qapılarını körpə fidanların üzünə yenidən açdı.

Uşaq bağçalarının fəaliyyətinin davam etdirilməsi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına uyğun olaraq həyata keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər birində Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla, dezinfeksiya, eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. 

95 yerlik Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçası da uzun fasilədən sonra körpə balalarla görüşdü.



 

Bu gün bağçada həyat öz axarı ilə davam edir. Əvvəlki tək bağça həyətindən uşaq səsləri, körpə gülüşləri eşidilir.

Bağçada xüsusi karantin rejiminin tələblərinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilir. İşçilərin tibbi maskadan istifadəsinə, sosial məsafənin gözlənilməsinə, bağçaya gələn işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, cədvəldə qeyd olunmasına, otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqətin artırılmasına birmənalı şəkildə riayət olunur.

Bağça müdiri, tərbiyəçi müəllimlər, valideynlər bağçaların açılmasını sevinc hissi ilə qarşılayırlar. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində pandemiya ilə mübarizə sahəsində görülmüş işləri və əldə edilən uğurlu nəticələri yüksək qiymətləndirirlər. Xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmağın, ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd edirlər.

Bu barədə GOYEZEN.AZ internet portalına fikirlərini bölüşən tərbiyəçi müəllimin və valideynin minnətdarlıq dolu həmin videosunu təqdim edirik.



Geri qayıt