Qazaxda məktəbəqədər təhsil müəssisələri bu gündən qapılarını körpə fidanların üzünə yenidən açıb – FOTO/VİDEO
Son vaxtlar ölkəmizdə
koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin
yaxşılaşması ilə əlaqədar fevralın 15-də Qazax rayonunda da məktəbəqədər təhsil
müəssisələri qapılarını körpə fidanların üzünə yenidən açıb. Uşaq bağçalarının
fəaliyyətinin davam etdirilməsi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi
dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin
təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına
uyğun olaraq həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan
şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u
kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər
birində Nazirlər Kabinetinin müvafiq
Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla, dezinfeksiya,
eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. 90 yerlik Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq
bağçası da bu gündən xüsusi karantin rejiminin tələblərinə, sanitar-gigiyena
qaydalarına ciddi əməl etməklə yenindən fəaliyyətə başlayıb. Bağçada işçilərin tibbi maskadan istifadəsinə, sosial
məsafənin gözlənilməsinə, bağçaya gələn işçi heyətin və uşaqların
temperaturunun ölçülməsinə, cədvəldə qeyd olunmasına, otaqların
havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqətin artırılmasına
birmənalı şəkildə riayət edilir. Bağça müdiri, tərbiyəçi müəllimlər, valideynlər
bağçaların açılmasını sevinc hissi ilə qarşıladıqlarını vurğulayırlar. Cənab
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın
qətiyyətli addımları sayəsində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərə
və əldə edilən uğurlu nəticələrə görə minnətdarlıqlarını bildirirlər. Xüsusi
karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmağın, ciddi şəkildə əməl
etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd edirlər. Bu barədə GOYEZEN.AZ internet
portalına fikirlərini bölüşən bağça müdirinin və valideynin minnətdarlıq dolu
həmin videosunu təqdim edirik.
Facebook-da paylaş