Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasında olub

İcra başçısı şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasında olub


25-02-2021, 18:40


Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına əsasən fevralın 15-dən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti bərpa olunub.

Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər biri öz işini Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla həyata keçirir. Bütün bağçalarda dezinfeksiya, eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. 

Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz nümunəsidir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə fəaliyyət göstərən 1 saylı Körpələr Evi-Uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının, eləcə də hava şəraiti ilə əlaqədar istilik sisteminin mövcud vəziyyəti ilə maraqlanıb. Həmçinin, bağçada təmizlik və dezinfeksiya işlərinin aparılması, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsi, gigiyenik qaydalara ciddi şəkildə riayət olunması və digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Bağça müdiri Gülnar Qocayeva xüsusi karantin rejiminin tələblərinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl etdiklərini vurğulayıb. Bağça müdiri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirib. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb.


 

GOYEZEN.AZ


Geri qayıt