Prezident İlham Əliyev: “Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibə
zamanı söylədiyi fikirlərin bir hissəsini təqdim edirik. Atəşkəsin
pozulması və sülh haqqında danışan ölkə Prezidenti Ermənistanın
Azərbaycana qarşı təxribatlarının davamlı və məqsədyönlü olduğunu bildirib. Birinci hərbi təxribat iyul ayında
törədilmişdir. İkinci hərbi təxribatavqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu
göndərmişdir. Üçüncü hərbi təxribatsentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi
şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar. Atəşi ilk açan Ermənistandır,
mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Azərbaycanın
üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu
məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş
etdirir. Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur. Azərbaycan
düşmənə yalnız döyüş meydanında cavab verir. Azərbaycan atəşin dayandırılmasına
tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə
raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində
maraqlı olub. Azərbaycan həmişə sülh planına sadiq olub. Ermənistan isə həmişə
münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların
bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. İndi
azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları göstərir ki, onlar bu
ərazilərdən çıxmağı planlaşdırmayıblar. Azərbaycan nə qədər çox müdafiə olunursa,
daha çox əraziləri azad edir. Azərbaycanın kifayət qədər silah-sursatı,
müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycanın
məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu
pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır,
xarici borcu isə 8 milyard dollardır. Şəhərləri bir-birinin ardınca işğaldan
azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir. Ermənistan
silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı
törədilmiş cinayətlərlə bağlı Baş
Prokurorluğun məlumatına nəzər yetirsək görərik ki: - 91
nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb; - Ermənistanın
ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97
çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Müsahibə
zamanı beynəlxalq vasitəçilər və yeni vasitəçilik haqqında olan suallar da cavablandırılıb.ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi
üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin
icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya
tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar
Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş
kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. Beynəlxalq vasitəçi olan
ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, ona
qulaq assın, lakin belə mesaj verilməyib. ATƏT-in Minsk qrupu
həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. Azərbaycan daha güclü ola biləcək
bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz. Azərbaycan ədaləti bərpa edir
və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini
icra edir. Azərbaycan istənilən halda torpaqlarını azad edəcək. Beynəlxalq
hüquq müdafiə təşkilatları haqqında danışarkən birmənalı şəkildə söyləmək olar
ki, bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız
Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının
qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən
sonra bu təşkilatlar Azərbaycana gəlmişlər. "Amnesty International”, "Human Rights Watch” və indiyədək Azərbaycanın
tənqidi ilə məşğul olan çoxsaylı beynəlxalq təşkilatların ifşası üçün onların
son günlər tutduğu mövqe, yenə ikili standartdan çıxış etməsi faktı
qabardılmalıdır. Bununla yanası, "Amnesty İnternational” və "Human Rights
Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin istifadəsi qadağan
olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqləmələri, bununla
bağlı hesabat vermələri təqdir olunmalıdır. Həmin hesabatlar əsasında
beynəlxalq məhkəmələrə müraciət edilə bilər. Bu diplomatik qələbə də yalnız cənab Prezidentin sözügedən təşkilatları
israrla Azərbaycana dəvət etməsindən sonra mümkün olub, onlar müharibə başlayan zaman
uzun müddət Azərbaycana səfər etmək istəməyiblər. Azərbaycan
tərəfinin şərtləri bəllidir. - Yeddi rayon
Azərbaycana qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar; - Dağlıq Qarabağdan qovulmuş,
hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması oraya qayıtmalıdır; - Azərbaycan muxtariyyət təklif
edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar
dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə təklif etdikləri, ola
bilsin, artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər,
müzakirələr hələ başlamayıb; Mərhələli həll planına əsasən,
birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon işğaldan azad edilib. Ona görə də həmin plan
köhnəlmiş sayılır. - Azərbaycanlılar və ermənilər birgə
yaşamalıdır, bu, asan olmasa da, biz öyrənməliyik; - Müharibəni dayandırmağın yeganə
yolu: Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul
etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik
götürməlidir; - Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir; Ermənistanla Azərbaycan arasında
olan döyüşdən hər kəs uzaqda durmalıdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır,
beynəlxalq səviyyədə tanınan ərazimizdir. Avropa ölkələrinin beynəlxalq hüquqla
tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün
o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və
beynəlxalq hüquq məsələsidir. Daxili
siyasi mühit və islahatlar haqqında danışan ölkə başçısı Azərbaycanda siyasi sistemin və siyasi prosesin səmərəli olduğunu
bildirib. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni
prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq. Prezidentin
təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq
müraciət edilmiş, mövcud 52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş,
yalnız iki partiya çağırışa cavab verməmişdir. Azərbaycanda siyasi dialoq
mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib. Azərbaycanın pandemiya dövründə də
iqtisadi göstəriciləri normaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın
konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur.
İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi
ölkələrindən belə yaxşıdır. Azərbaycanda ciddi daxili problemlər yoxdur. Azərbaycan
özünü demokratiya nümunəsi kimi göstərmir. Özlərini demokratiya nümunəsi kimi
göstərən ölkələrdə etirazçıları qətlə yetirirlər. Prezidentin
yanaşması belədir ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar
mütləq aparılmalıdır. Eyni zamanda islahatların aparılması üçün partiyalararası
dialoq vacibdir. Vətən müharibəsi də dialoqu zəruri edir. Bu zaman dialoqdan
yayınanlar Vətən müharibəsi modelinə qarşı çıxan qüvvə kimi qəbul olunmalıdır. Onu da
qeyd edək ki, Avropada etirazçıları atlarla döyür, itləri gətirir və bu, demokratiya
hesab olunur. "Sarı jiletlilər”in nümayişləri 17 noyabr
2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada
10-dan çox adam qətlə yetirilib, 26 nəfər gözünü itirib, 5-inin əli qopub və
daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Euronews" fransız
polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara
fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir. Digər araşdırmaya görə, il ərzində
Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən
12 mindən çox zorakılıq qeydə alınır. Prezidentin
müsahibə boyunca təkzib etdiyi feyklərə nəzər salmaqla mənfur Ermənistanın əsl
simasını aydın şəkildə görmək mümkündür. - Sentyabrın 27-də Azərbaycan
birinci atəş açmayıb. Birinci atəşi Ermənistan açıb və bunun sübutları var; - Atəşkəsi
Azərbaycan yox, Ermənistan pozur; - Azərbaycan arsenalında olan İsrail
dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var
idi. Sadəcə, bu dəfə təxribatın miqyası böyük idi və Ermənistan hələ də hücumu
dayandırmadığından atəşkəs əldə olunmur; - "Amnesty İnternational” və "Human
Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi
haqda iddiası yalandır. Ordumuzun yetirincə müasir silahları var və belə bir
əlavə silaha ehtiyacı yoxdur; - Dağlıq Qarabağın azad olunması
sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa
dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər; - "Dünya üzrə əksər tarixçilər”
ifadəsi yanlışdır, Prezident hər dəfə müsahiblərində Qərb jurnalistlərinə bəsit
tarixi həqiqətləri izah edir, onlara mənbələrlə işləmək dərsi keçir; - Ermənilər deyil, azərbaycanlılar
etnik təmizləməyə məruz qalıb, ordu işğal olunmuş ərazilərimizi azad etdikdən
sonra bir milyon köçkün öz yurd-yuvasına qayıdacaq; Azərbaycanlılar etnik təmizləməyə
məruz qalmışlar. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750
min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycan ermənilərə qarşı
etnik təmizləmə aparmamışdır və bunu indi də etməyi planlaşdırmır. - Şuşada kilsənin məqsədyönlü
vurulması xəbəri yalandır, bunu ermənilərin özünün etməsi də istisna deyil.
Bakıda erməni kilsəsi və kitabxanası hifz olunur, işğal olunmuş rayonlarımızda
isə onlar məscidləri təhqir edirlər; - Sülh təbliğinə görə Azərbaycanda
həbslər haqda heç bir real fakt yoxdur, şayiədir, jurnalist müsahibədə feyk xəbərə istinad
edir; - İkinci Qarabağ müharibəsinin
iqtidarın xalqı öz ətrafında birləşdirməsi, demokratiya və insan haqları ilə
bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başladıldığı haqda
deyilənlər Prezidentin gətirdiyi iqtisadi statistika ilə təkzib olunur. Belə
bir iddia səsləndirilməsi Qərb mediasının bir çox hallarda erməni feykləri ilə
işləməsini göstərir; - Döyüş meydanında heç bir xarici
döyüşçü yoxdur. Bakıda görünən xaricililər sadəcə turist və ya birgə hərbi
təlimlərdə iştirak edənlər ola bilər. Bu gün
fəxrlə söyləyə bilərik ki, Qərb jurnalistləri ilə müsahibələrdə Prezident tam
bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və
peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri "Amnesty International” və "Human Rights Watch” təşkilatlarının
Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi
faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən
gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir,
xristian təəssübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər.
Bunlar media prinsiplərinə ziddir. Azərbaycan
mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz
azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb
mediasının sərgilədiyi mövqeni xatırlatmaq lazımdır. Qərb media standartları
deyilən təbliğatın mənasızlığı sübut olunur. GOYEZEN.AZ
Facebook-da paylaş