Qazaxda icra başçısı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib. Videokonfransda iyulun 1-də Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətə dair keçirdiyi geniş tərkibli Respublika videomüşavirəsində səslənən fikirlər, verilən tapşırıqlar müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Bu günə kimi görülən işlərin vətəndaşların sağlamlığının qorunmasına xidmət etdiyini bildirib. Odur ki, pandemiya ilə mübarizədə kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaşın bu məsələyə məsuliyyətlə yanaşmasını, əsl birlik, həmrəylik nümayiş etdirməsini və dəstək olmasını bildirib. İcra başçısı qeyd edib ki, ilk növbədə biz dövlət məmurları, tabeliyimizdə olan işçilər xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etməliyik ki, vətəndaşlar bizdən nümunə götürsünlər.
İcra başçısı qeyd edib ki, əgər bu gün ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amilinin dayandığını söyləyiriksə, biz məmurlar da hər zaman çalışmalıyıq ki, həmin siyasəti olduğu kimi yerinə yetirək və həmin amilin bütün respublikada ön planda olduğunu öz əməli işlərimizlə göstərək.
Rayon rəhbəri vətəndaşın haqlı-haqsız olub-olmamasından asılı olmayaraq onların müraciətlərinə, istəklərinə həmişə qayğı ilə yanaşılmasını, hər bir vətəndaşı təmkinlə dinləyib lazımi rəsmi cavab verilməsini, vətəndaşlar arasında öz hüquqları barədə maarifləndirmə işinin aparılmasını qeyd edib. Vətəndaşın istəyinin nə olmasından asılı olmayaraq məsələnin əsl mahiyyətini olduğu kimi çatdırmağı vurğulayıb.
İcra başçısı pandemiya dövründə dövlət məmuru olaraq hər bir idarə, müəssisə və təşkilat rəhbərinin, eləcə də həmin təşkilatlarda çalışan işçilərin vətəndaşlara qarşı daha həssas olmalarını bildirib. Vətəndaşlara göstərilən xidmətlərlə yanaşı, onların sağlamlıqlarının qorunması istiqamətində dövlət və ölkə başçısı tərəfindən görülən işlərə hər bir dövlət məmurunun dəstək olmasını vurğulayıb. Bununla əlaqədar idarə, müəssisə və təşkilatlarda vətəndaşların xüsusi karantin rejimi qaydalarına əməl etmələri, xüsusilə də sosial məsafənin saxlanılması və tibbi maskadan istifadənin vacibliyi barədə mütəmadi olaraq maarifləndirici söhbətlərin aparılmasını qeyd edib.
"Azərpoçt” MMC-nin Qazax Poçt Filialının müdiri Ədalət Hüseynov, Qazax Rayon Maliyyə İdarəsinin rəisi Elçin Rzayev, Qazax Elektrik Şəbəkəsinin rəisi Akif Əsgərov, "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının rəisi Əyyub Dünyamalıyev, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin rəisi Taleh Şamradov, Qazax şəhər Kommunal Müəssisələri Kombinatının müdiri Arif Heydərov, "Qazax Avtovağzal” ASC-nin sədri Eyvaz Quliyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, 107 saylı Qazax seçki dairəsinin sədri Xəyyam Salehov, Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, DSMF-nin Qazax rayon şöbəsinin rəisi Laçın Qurbanov, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quluyev, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Baytarlıq İdarəsinin rəisi İlqar Orucov, "Avey”Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva, Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov rəhbərlik etdikləri təşkilatlarda görülən işlərdən, xüsusilə də pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlərdən danışıblar. Çıxış edənlər ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə pandemiya ilə bağlı görülmüş işləri yüksək qiymətləndiriblər. Əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərə görə bir vətəndaş olaraq minnətdarlıqlarını bildiriblər.
Videomüşavirədə səslənən fikirləri, verilən tapşırıqları bir daha diqqətə çatdıran icra başçısı həmin tapşırıqların icrası ilə bağlı aidiyyatı üzrə göstərişlərini verib. Xüsusi karantin rejimi qaydalarına, xüsusilə də vətəndaşların tibbi maskadan istifadəsinə və sosial məsafənin saxlanılmasına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş