Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargah tərəfindən keçirilən Respublika videomüşavirəsində verilən tapşırıqların icrasına Qazaxda start verilib
Xəbər verdiyimiz kimi,
iyulun 1-də Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir
Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında
Operativ Qərargah tərəfindənsərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətə dair geniş tərkibli Respublika videomüşavirəsi keçirilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal
Nağdəliyevin, Daxili İşlər naziri Vilayət Eyvazovun, Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi Əli Nağıyevin, Baş Prokuror Kamran Əliyevin, 77 şəhər və
rayonların İcra Hakimiyyəti başçılarının, prokurorlarının, daxili işlər və
dövlət təhlükəsizliyi şöbələrinin rəislərinin iştirak etdiyi videomüşavirədə sərtləşdirilmiş
xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət
müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali
tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin
gücləndirilməsinə ehtiyac olduğu bildirilib. İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, Respublika
Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Pandemiya ilə mübarizə
sahəsində həyata keçirilən işlərə hər birimiz dəstək olmalı, verilən tapşırıq
və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəs
səfərbər olmalıdır. Baş Nazir tərəfindən videomüşavirədə səslənən
fikirləri, verilən tapşırıqları bir daha diqqətə çatdıran rayon rəhbəri görülməsi
vacib olan işləri bildirib. İstər COVID-19 virusu aşkarlanmış xəstələrin,
istərsə də test nümunələri götürülmüş vətəndaşların dəqiq statistikasının
aparılmasını, göndərilmiş yaxma nümunələrinin nəticələri barədə gündəlik
məlumatın hazırlanmasını və həmin məlumatların rayonda yaradılmış Operativ
Qərargaha vaxtında ötürülməsini bildirib. Aylar öncə təmin olunmuş əvvəlki
operativiliyin bundan sonra da olduğu kimi davam etdirilməsini vurğulayıb. Sonra icra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin
direktoru Sevda Məmmədovaya, baş həkim Allahverdi Quliyevə, Qazax Müalicə
Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimova, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi ŞəxsinQazax Təcili Tibbi Yardım Stansiyasının şöbə müdiri, baş həkim əvəzi Əmirxan Mamedova, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
Səadət Nazarovaya, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının
baş həkimi Ramiz Mansurova qeyd olunan, eləcə də digər məsələlərlə bağlı ciddi
tapşırıqlarını verib. Sonda videomüşavirə zamanı verilən tapşırıqlarla
əlaqədar rayonda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının
alınması istiqamətində görüləcək işlər müəyyənləşdirilib. GOYEZEN.AZArtıq dünəndən Baş Nazir Əli Əsədovun koronavirus
(COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülməsi
vacib olan bir sıra işlər barədə verdiyi tapşırıqların icrasına start verilib.
Belə ki, Baş Nazirin rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın
aparılması, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya
və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin
gücləndirilməsi istiqamətində görüləcək işlər aidiyyatı üzrə müzakirə edilib. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyəti
başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin
iştirakı ilə ilk videokonfrans təşkil olunub.
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon
Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, səhiyyə işçilərinin iştirakı ilə
iclas keçirilib.
Facebook-da paylaş