• Təqvim

  • Maraq



Qazaxda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tədbirlər həyata keçirilib - VİDEO


Qazax Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar bir sıra tədbirlər həyata keçiriblər.
Martın 27-də səhər saatlarından etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırılıb.

Bundan başqa, polis şöbəsinin əməkdaşları dünəndən başlayaraq rayonun küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün qədər evdə qalmağı, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar. Yaşı 65-dən yuxarı olan şəxslərlə də profilaktik söhbətlər aparılıb. Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq, bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədilə tətbiq edildiyini bildiriblər.

GOYEZEN.AZ



Facebook-da paylaş