Qazaxda mobil qrup üzvlərinə tapşırıqlar verilib
İyulun 1-də Respublika
Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi
ilə Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən sərtləşdirilmiş karantin tətbiq
edilməyən bölgələrdəki vəziyyətə dair geniş tərkibli Respublika videomüşavirəsi keçirilib. Şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən
ibarət 30 yeni yaradılmış mobil qrupun üzvləri ilə birlikdə koronavirus (COVID-19) infeksiyasının
yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə həyata keçiriləcək işlər
müzakirə olunub. Epidemiya ilə bağlı xüsusi karantin rejimi dövründə vətəndaşların
sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsi
məqsədilə maarifləndirmə işlərinin təşkili ilə bağlı aidiyyatı üzrə tapşırıqlar
verilib. Qrup
üzvlərinə vətəndaşların kütləvilik təşkil etdiyi ərazilərdə sakinlərlə karantin
rejiminin tələbləri və davranış qaydaları barədə, şəxsi gigiyena qaydalarına
əməl etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları, yalnız ciddi
ehtiyac yarandığı halda evdən çıxmaları, digər şəxslərlə minimum kontaktda
olmaları, hərəkət və ünsiyyət zamanı sosial məsəfənin qorunması ilə bağlı
maarifləndirici söhbətlər aparmaları tapşırılıb. Həmçinin Azərbaycan
Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən imzalanmış xüsusi karantin
rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri
barədə 29 may 2020-ci il tarixli 189
nömrəli Qərarın tələblərinə ciddi şəkildə əməl etmələri, tibbi
maska, parça maska, respirator, tibbi spirt və s. istifadə olunması haqqında
vətəndaşlara məlumatların çatdırılması bildirilib. Ölkə
Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əhalinin sağlamlığının qorunması istiqamətində
həyata keçirilən bütün tədbirlərin kökündə vətəndaş amilinin dayandığını qeyd
edən icra başçısı bu mübarizədə hər kəsin həmrəylik nümayiş etdirməsini
bildirib.
GOYEZEN.AZ
Bu gün həmin videomüşavirədə
səslənən tapşırıqların icrası ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin
rəisi Ədalət Əliyevin və yeni yaradılmış mobil qrup üzvlərinin iştirakı
ilə iclas keçirilib.
Facebook-da paylaş