Qazaxda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən vətəndaşlar barədə ciddi tədbirlərin görülməsi ilə bağlı iclas keçirilib
İyulun 1-də Respublika
Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi
ilə Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən sərtləşdirilmiş karantin tətbiq
edilməyən bölgələrdəki vəziyyətə dair geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.
Rayon
rəhbəri Azərbaycan
Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin
tənzimlənməsi barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 160 nömrəli
qərarına və ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profiliaktikasına
dair metodiki göstərişlərə əməl edilməsi
ilə bağlı hər bir sürücüyə tapşırıq verilməsini, qeyd olunan göstərişlərə riayət edilməsinin nəzarətdə saxlanılmasını və
pozuntu hallarına yol vermiş şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər
görülməsini qeyd edib. Bununla bağlı Qazax Rayon Polis Şöbəsinin DYP bölməsinin
rəisi Vüqar Məmmədova, "Qazax Avtovağzal” ASC-nin müdiri Eyvaz Quliyevə və Dövlət
Avtomobil Nəqliyyat Xidmətinin Tovuz Regional Şöbəsinin rəis müavini Mübariz
Alıyevə tapşırıqlarını verib. GOYEZEN.AZBu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon
Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin
rəisi Vüqar Məmmədovun, "Qazax
Avtovağzal” ASC-nin müdiri Eyvaz Quliyevin, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin
Tovuz Regional Şöbəsinin rəis müavini Mübariz Alıyevin iştirakı ilə iclas keçirilib. İclasda
dünən keçirilən videomüşavirədə səslənən ictimai nəqliyyatda vətəndaşların
sosial məsafə saxlaması, tibbi maskadan istifadənin vacibliyi və s. məsələlərlə
bağlı verilən tapşırıqlar müzakirə olunub.
İcra
başçısı Rəcəb Babaşov qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargah tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə bütün
mümkün imkanlardan istifadə edilməsinə baxmayaraq virusa yoluxanların sayı
günbəgün artır. Bunun kökündə isə bəzi insanların koronavirus pandemiyasına
laqeyd yanaşması, belə bir xəstəliyin olmasına inanmaması dayanır. Məhz belə laqeyd
insanlara görə son vaxtlar koronavirusa yoluxanların sayı sağalanların sayını
kəskin üstələyib. Bunun başlıca səbəblərindən biri də tibbi maska taxanların
sayının getdikcə azalması və sosial məsafənin saxlanılmamasıdır. İcra başçısı
bu cür hallara ictimai nəqliyyatda, marşurutlarda daha çox rast gəlindiyini
bildirib.
Facebook-da paylaş