• Təqvim

  • Maraq



Qazaxda fəaliyyət göstərən banklarda vətəndaşların tibbi maskadan istifadə etməsi və sosial məsafənin saxlanılması ilə əlaqədar iclas keçirilib


İyulun 1-də Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətə dair geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.

Bu gün videomüşavirədə səslənən tapşırıqların icrası ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin və rayonda fəaliyyət göstərən bank filialları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

İclasda bank filiallarının əhalinin kütləvilik təşkil etdiyi ərazilərdən biri olduğunu nəzərə alaraq burada xüsusi karantin rejimi qaydalarına, xüsusilə də vətəndaşların tibbi maskadan istifadəsinə və sosial məsafənin saxlanılmasına ciddi şəkildə əməl olunmasının vacibliyi vurğulanıb.

İcra başçısı Rəcəb Babaşov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Bu günə kimi görülən işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına xidmət etdiyini bildirib. Odur ki, pandemiya ilə mübarizədə kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaşın bu məsələyə məsuliyyətlə yanaşmasını, əsl birlik, həmrəylik nümayiş etdirməsini və dəstək olmasını qeyd edib. Vətəndaşların daha çox müraciət etdiyi ünvanlardan birinin banklar olduğunu qeyd edən icra başçısı banklarda virusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini, sakinlər arasında maarifləndirmə işinin aparılmasını bildirib. İstər bank filiallarının qarşısında, istər bankların daxilində, istərsə də bankomatların qarşısında vətəndaşlar arasında sosial məsafənin saxlanılması, vətəndaşların tibbi maskadan istifadəsinin vacibliyi, bank daxilində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması ilə bağlı bank rəhbərlərinə tapşırıqlarını verib.

GOYEZEN.AZ



Facebook-da paylaş