Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının
birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr
olunmuş ədəbi-bədii gecə keçirilib. Əbədiyyat Muzeyində baş tutan tədbirdə Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə,
mədəniyyət işçiləri, yazarlar, aşıqlar, ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri
iştirak ediblər.
Tədbirin aparıcısı, AYB Qazax zona filialının
sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan etdikdən
sonra Xalq şairi Vaqif Səmədoğlunun həyat və yaradıcılığından bəhs edən film
nümayiş olunub. Sonra şair Barat Vüsal görkəmli şairin kitabları,
haqqında dövrü mətbuatda yazılan məqalələr barədə məlumat verib. Bildirib ki,
Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərdən sayılan Vaqif Səmədoğlunun
şeirləri daima sevilib və seviləcək. O, qeyri-adi ədəbi baxışları ilə seçilən
ziyalı kimi Vaqif Səmədoğlunun daima yaşayacaq və anılacaq ədiblərdən olduğunu
qeyd edib. B.Vüsal bildirib ki, istər Qazax Müəllimlər Seminariyasının, istər
Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileylərinin qeyd olunması barədə ölkə
başçısı İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar, istərsə də bu gün 80
illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğluna verilən qiymət bir daha
sübut edir ki, Azərbaycan ədəbiyyatına, yazarlarına olan diqqət və qayğı hər
zaman yüksək səviyyədə olub. Ulu öndər Heydər Əliyevin poeziyamıza verdiyi
dəyərdən danışan şair bu gün onun layiqli davamçıları olan Prezident İlham Əliyev
və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu ənənənin uğurla
davam etdirildiyini vurğulayıb. Azərbaycan poeziyasının yaşadılmasında həyata
keçirdiyi misilsiz işlərə görə ölkə başçısına qazaxlı ziyalılar adından minnətdarlığını
bildirib.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını müqəddəs
Ramazan bayramı və görkəmli Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi
münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan ədəbiyyatının
inkişafında özünəməxsus xidmətləri ilə seçilən Vaqif Səmədoğlu yaradıcılığından
söz açıb. İcra başçısı görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən
ziyalılarından olduğunu, onun hər zaman xalq tərəfindən sevildiyini, xidmətlərinin
də dövlət tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Rayon rəhbəri Heydər
Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhərin
mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını Qazax
ziyalılarına verilən daha bir böyük qiymət kimi dəyərləndirib. Bütün ictimaiyyət
nümayəndələri adından ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını
çatdırıb. Rayon rəhbəri qeyd edib ki, bu addımın atılması bir daha onu sübut
etdi ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə olan dövlət
qayğısı bütün illərdə olub və bundan sonra da olacaqdır. Ən əsası da şairlərə,
yazıçılara verilən qiymət bütövlükdə ədəbiyyatımıza verilən qiymətdir. Yuxarı Salahlı kənd sakini, Prezident təqaüdçüsü
Kamal Əhmədov çıxış edərək Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, xüsusilə də
qazaxlı ziyalılara verdiyi yüksək dəyərə görə ölkə başçısına və rayon rəhbərliyinə
təşəkkürünü çatdırıb. Qazaxda bütün yubiley tədbirlərinin, o cümlədən də Vaqif
Səmədoğlunun 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını minnətdarlıq
hissi ilə qarşıladığını bildirib. Qazax Dövlət Dram Teatrının aktyorlarından Əməkdar
artist Hacı Hacıyev, teatrın rejissoru, Əməkdar artist Musa Eyyubov və aktyor
Yusif Qoca yubilyar haqqında ürək sözlərini
çatdırıb, şairin şeirlərini səsləndiriblər. Şairlərdən AYB-nin üzvləri, Prezident mükafatçıları
Mübariz Qaragözlü, Səhlədar Hidayətoğlu və Rüfət Axundlu, AYB Qazax zona filialının ədəbi məsləhətçisi
Mustafa Rasimoğlu, şairə Tamella Poladlı, Ağstafa rayonundan qonaq olan "Hüseyn
Arif” ədəbi məclisinin rəhbəri, şair Saqif Qaratorpaq, gənc şairə Şahinə Könül çıxış
edərək Vaqif Səmədoğlu yaradıcılığından söz açıb, görkəmli şairə həsr etdikləri
şeirləri səsləndiriblər. Çıxış edənlər Vaqif Səmədoğlunun istər yazdığı şeirlərdə,
istər pyeslərdə, istərsə də həmin əsərlərə çəkilən filmlərdə qeyri-adi şair
olduğunu sözünün qüdrəti ilə göstərdiyini qeyd ediblər. Şairin cismən bizləri tərk
etsə də, yazdığı bir-birindən gözəl əsərlərdə yaşadığını, daim qəlblərdə
oldğunu bildiriblər. Onun yazmış olduğu əsərləri ilə həm özünü, həm də sözün
böyüklüyünü yüksəklərə qaldırdığını vurğulayıblar. Aşıqlardan Camoy Qurbanov, Hacı Abdıyev, Yaşar
Gülümcanov, Şahin Süleymanov ifa etdikləri saz havaları ilə yubiley tərdbirinə
öz töhfələrini veriblər. Tədbirdə Xalq şairi Səməd Vurğunun şeirlərindən nümunələr
də səsləndirilib. Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin
şagirdləri olan yeniyetmə aşıqlar da Xalq şairinin şeirlərini söyləyib, saz
havaları ilə təbrik töhfələrini təqdim ediblər. Tədbir Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında Xalq
şairinin şeirlərinin səslənməsi ilə başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş