Xalq şairi Səməd Vurğun yad olunub Qazaxda
Bu gün dahi Xalq şairi Səməd Vurğunun anadan olmasının 112 illiyi qeyd olunub.
Şairin şəhərin mərkəzində ucaldılmış heykəli önündə keçirilən tədbirdə Milli Məclisin deputatı Kamran Nəbizadə, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Rafael Gülməmmədov, “Odlar Yurdu”Universitetinin rektoru Əhməd Vəliyev, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Birliyin üzvü Sultanxanım Nəsibova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, IV İslam Həmrəyliyi Oyunlarının zorxana və pəhləvan güləşi üzrə gümüş mükafatçısı, zoraxana idman növü üzrə Avropa və Dünya çempionu, sərbəst güləş üzrə Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Tural Əliyev, gənc rəssam Akif Əmirov, şair Zaməddin Ziyadoğlu iştirak edib.
Tədbir iştirakçıları Səməd Vurğunun heykəli önünə gül-çiçək dəstələri qoyaraq böyük şairin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək dahi şairin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan ədəbiyyatındakı xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, o, baharda dünyaya göz açmışdı, özü də poeziyamızın baharı oldu. Aylar, illər, əsrlər ötəcək Səməd Vurğun yenə də indiki kimi seviləcək, onun sənət ardıcılları böyük ustadı xalqımızla birgə yad edəcəklər.
“Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov Səməd Vurğun poeziyasından ətraflı danışaraq onun əsərlərinin gənc şairlər üçün bir örnək olduğunu qeyd edib.
Sonra şairlərdən Zaməddin Ziyadoğlu S.Vurğun haqqında ürək sözlərini bildirib, Tamella Poladlı isə dahi şairə həsr etdiyi şeiri oxuyub.

Elçin İSMAYIL
Facebook-da paylaş