Mehdi Hüseynin doğum günü qeyd olunub - Qazaxda
Müasir Azərbaycan ədəbiyyatının formalaşmasında, ideya saflığı və bədii kamillik uğrunda mübarizələrində, bugünkü yüksək zirvələrə çatmasında görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçi Mehdi Hüseynin böyük rolu olmuşdur.
Yurdumuza baharın qədəm qoyduğu bir vaxtda dünyaya gələn Mehdi Hüseynin Qazaxda doğum günü qeyd olunub.
Bununla əlaqədar qüdrətli söz ustasının heykəli önündə keçirilən tədbirdə Milli Məclisin deputatı Kamran Nəbizadə, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Rafael Gülməmmədov, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Birliyin üzvü Sultanxanım Nəsibova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, IV İslam Həmrəyliyi Oyunlarının Zorxana və pəhləvan güləşi üzrə gümüş mükafatçısı, zoraxana idman növü üzrə Avropa və Dünya çempionu, sərbəst güləş üzrə Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Tural Əliyev, gənc rəssam Akif Əmirov, şair Zaməddin Ziyadoğlu iştirak edib.
Tədbir iştirakçıları Xalq yazıçısının heykəli önünə gül-çiçək dəstələri qoyaraq ədibin əziz xatirəsini dərin hörmətlə yad ediblər.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək M.Hüseynin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, qüdrətli söz ustası Mehdi Hüseyn sözün əsl mənasında ədəbiyyat fədaisi idi. Bu, şöhrətli sənətkarın, alovlu publisistin, görkəmli dövlət xadiminin keçdiyi şərəfli həyat yolu, yaradıcılıq yolu ictimai varlığın bədii ifadəsi olan ədəbiyyatımızın böyük bir qolu və ayrılmaz hissəsidir. Bu gün də Mehdi Hüseyn ədəbiyyat tariximizdə mübariz bir tənqidçi kimi yaşayır.
Sonra tədbirdə çıxış edən “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov Mehdi Hüseynin Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən söz açıb.

Elçin İSMAYIL
Facebook-da paylaş