Qazaxbəyli kənd uşaq bağçasında işlər davam edir
Son 3 il
ərzində Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün
böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də əməli
işlər görülür. Rayon rəhbərinin bu sahəni daim diqqət mərkəzində saxlamasının
nəticəsidir ki, rayonda olan bağçaların tikintisi və yaxud da əsaslı şəkildə
təmir olunması istiqamətində görülən işlərin sayı ilbəil artır. Rayonda olan 25
uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyədə olması bu
dediklərimizin əyani göstəricisidir. Şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd
bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni
qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2
və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını,
Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli
bağçalardır. Ötən il olduğu
kimi, bu il də bağça tikintisi və ya əsaslı təmir olunması diqqət
mərkəzindədir. Bu il də bu sahədə görülən işlərə böyük sürətlə start
verilib. Belə ki, rayonda təmirə ehtiyacı olan daha bir neçə kənd bağçası
var ki, onlardan biri də Qazaxbəyli kənd uşaq bağçasıdır. Artıq xeyli vaxtdır ki, uşaq bağçasının təmirinə başlanılıb. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə uşaq bağçasında
olub, görülən işlərlə maraqlanıb. Məlumat verilib
ki, bağça binasının dam örtüyü dəyişdirilib. Əlavə mətbəx inşa olunub. Eyni
zamanda, bağçanın ətrafına hasar çəkilərək suvanıb. Hazırda bağça binasının
daxilində işlərə start verilib. Belə ki, 2 ədəd sanitar qovşağı yaradılıb.
Arakəsmələr hörülüb. Köhnə suvaqlar çapılaraq tökülüb və yenisi ilə üzlənib.
Tavanda alçipan vurulması işləri görülür. Yeni qapı və pəncərələr qoyulacaq.
Eyni zamanda, yaxın vaxtlarda santexnik işlərinə başlanılacaq, yeni istilik sistemi
çəkiləcək. Bağçanın həyətində də abadlıq işləri aparılacaq. Tamet döşənəcək və
həmişəyaşıl gül kolları əkiləcək. Kənd
ağsaqqallarından Məmməd Hüseynov, Yasin Babayev, Mayıl Məmmədov, bağça müdiri
Gözəl Allahverdiyeva çıxış edərək son illər rayonda, eləcə də Qazaxbəyli
kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin
minnətdarlıqlarını bildiriblər. Bütün sahələrlə yanaşı, rayonda körpələrə olan
qayğını və bağçanın təmir olunmasını kənd sakinləri olaraq minnətdarlıq hissi
ilə qarşıladıqlarını vurğulayıblar. Təmir işlərinin aparılmasına görə ölkə
başçısına və rayon rəhbərliyinə işçilər, valideynlər, eləcə də bütün kənd
sakinləri adından bir daha minnətdarlıqlarını çatdırıblar. GOYEZEN.AZ
Facebook-da paylaş