Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Hər
il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu
tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi
ilə bağlı 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə
idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü
idman ölkəsi kimi tanınır. Respublikamızın
hər yerində olduğu kimi, bu gün Qazax rayonunda da 5 Mart - Bədən Tərbiyəsi və
İdman Günü qeyd olunub. Bu münasibətlə Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti, "Şöhrət”
ordenli məşqçi Firdovsi Umudov, idmançılar
və məşqçi-müəllimlər, idman ictimaiyyətinin və KİV nümayəndələri iştirak edib. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü açaraq
idmançıları 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib,
ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan söz açıb.
Qeyd edib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün
martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər
Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri
və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə
bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın əsası qoyulub.
1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı
ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən
təşkil olunub. İcra başçısı qeyd edib ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik
edən Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycan
dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə
diqqət ildən-ilə daha da artır. Dövlət başçısının idmanı sevməsi, idmançılara
xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi
davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya
İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani
sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya
çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. Rayon rəhbəri bildirib
ki, bu gün tam əminliklə deyə bilərik ki. Qazaxda bütün sahələr, təhsil, səhiyyə, mədəniyyət, o cümlədən də
idman sahəsi gündən-günə inkişaf edir. Bu gün bütün dünyada sazın, sözün beşiyi
sayılan Qazax eyni zamanda idman sahəsində qazandığı uğurlarla, idmançılarının
qələbələri ilə dünyaya səs salır. Ölkə Prezidenti
İlham Əliyevin Qazaxda idmana və idmançılara hər zaman diqqət göstərdiyini qeyd
edən icra başçısı bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2007-ci
ildə may ayının 30-da istifadəyə verilmiş möhtəşəm Qazax Olimpiya İdman
Kompleksi Qazax idmanının inkişafına xüsusi təkan verərək yeni gənc idmançıların
yetişməsinə səbəb olmuşdur. Rayon rəhbəri
qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, digər sahələrə
olduğu kimi, idman sahəsinə də xüsusi qayğı ilə yanaşım. Üçrəngli Azərbaycan
bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnizimi səsləndirən
idmançılara xüsusi qayğı ilə yanaşım. Çünki hər bir idmançının qazandığı qələbə
Qazaxın qələbəsidir. Rayonun adını uca zirvələrə qaldıran idmançılara qayğı
göstərmək isə hər birimizin borcudur. Gənclər və
İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını təbrik
edib, 2018-ci ildə idmançılarımızın qazandıqları uğurlardan söz açıb.
Rayonumuzda idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə Respublika
Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova
idmançılar adından öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, rayon
rəhbərliyinin ölkə və beynəlxalq turnirlərdə, çempionatlarda iştirak edib
yüksək nəticələr qazanmış bütün idmançıları qəbul etməsi, onları təbrik edərək
mükafatlandırması idman sahəsinə, eləcə də idmançılara göstərdiyi diqqət və
qayğının bariz nümunəsidir. Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti,
"Şöhrət” ordenli məşqçi Firdovsi Umudov çıxış edərək əlamətdar gün münasibətilə
bütün idman ustalarını, məşqçiləri, idmançıları səmimi qəlbdən təbrik edib, beynəlxalq
arenalarda daha böyük nailiyyətlər qazanmalarını arzulayıb. F.Umudov bildirib
ki, bu gün idman sahəsindəki inkişafdan, qazanılan uğurlardan danışarkən ilk
növbədə ulu öndər Heydər Əliyevi ehtiramla yad etməliyik. Çünki idman sahəsinin
inkişafı məhz ulu öndərin adı ilə bağlıdır. Ölkədə hərc-mərcliyin hökm sürdüyü
bir dövrdə ulu öndərin qətiyyətli siyasəti nəticəsində ölkədə bir çox sahələrin,
o cümlədən də idmanın inkişafına nail olundu. F.Umudov qeyd edib ki, əsası ulu
öndər tərəfindən qoyulan idman siyəsəti bu gün onun layiqli davamçısı İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın idman sahəsinə olan diqqət və qayğısından
danışan F.Umudov ölkəmizin beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etdiyini
qeyd edib. Həmin tədbirlərin yüksək səviyyədə təşkil olunmasında Mehriban
Əliyevanın böyük əməyi olduğunu bildirib. Rayon rəhbərliyinin
idmançılara, gənc və yeniyetmələrə göstərdiyi diqqət və qayğıdan söz açan
F.Umudov Qazax güləş məktəbinin əsaslı şəkildə təmir olunaraq idmançıların
istifadəsinə verilməsini bu qayğının bariz nümunəsi kimi qiymətləndirib. Güləş
məktəbinin yüksək səviyyədə yenidən uşaqların ixtiyarına verilməsinə görə
idmançılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü,
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası,
Əməkdar məşqçi Kamal Əhmədov,Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası,
Əməkdar məşqçi Ramiz
Tağıyev, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Qol güləşi üzrə
Əməkdar məşqçi Azər
Əliyev, rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər
İdman Məktəbinin ağır atletika idman növü üzrə baş məşqçisi, SSRİ İdman
Ustası, Əməkdar məşqçi Nizami
Qasımov çıxış edərək
idmançıların qazandıqları uğurlardan, ölkəmizdə, eləcə də Qazaxda idmana və
idmançılara göstərilən diqqət və qayğıdan danışıblar. Ağır atletika idman növü üzrə Azərbaycan
Respublikasının İdman Ustası, yeniyetmələr arasında Avropa birinciliyinin
mükafatçısı Gülçin Əlizadə idman sahəsinə dövlət səviyyəsində göstərilən diqqət
və qayğıya görə ölkə başçısına idmançılar adından minnətdarlığını bildirib.
Qeyd edib ki, bu gün idman mərkəzlərinin maddi texniki bazasının gücləndirilməsi,
idmançılara xüsusi həssaslıqla yanaşılması bizlərə böyük stimul verir. Dövlət və
dövlət başçısı tərəfindən bizlərə olan səmimi münasibəti gördükdən sonra daha
böyük qələbələr uğrunda mübarizə aparmağa çalışırıq. Biz idmançılar hər zaman
qarşımıza bir məqsəd qoyuruq ki, ölkə rəhbərimizin biz idmançılara olan
inamını, etimadını doğruldaq. Qazandığımız medalların sayını artırmaqla yanaşı,
hər dəfə üçrəngli bayrağımızı dalğalandırıb, Dövlət Himnimizi səsləndirək. Kosalar kənd
tam orta məktəbin fiziki tərbiyə müəllimi Rayət Əliyev də idmançıları,
həmkarlarını təbrik edib, ən xoş arzularını çatdırıb. İdmançılara həsr etdiyi
şeiri səsləndirib. Tədbirin
sonunda veteran idmançılar və məşqçi-müəllimlər, respublika çempionları,
beynəlxalq yarışlarda mükafat qazanmış idmançılar əldə etdikləri yüksək
nailiyyətlərə görə Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif
olunublar. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bütün
idmançıları bir daha səmimi qəlbdən təbrik edib, Azərbaycanın inkişafı naminə
yeni-yeni nailiyyətlər qazanmalarını arzulayıb. GOYEZEN.AZ
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri
qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Facebook-da paylaş