Əsas Səhifə > Manşet / İdman > Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub5-03-2019, 20:51 |
Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Respublikamızın
hər yerində olduğu kimi, bu gün Qazax rayonunda da 5 Mart - Bədən Tərbiyəsi və
İdman Günü qeyd olunub. Bu münasibətlə Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti, "Şöhrət”
ordenli məşqçi Firdovsi Umudov, idmançılar
və məşqçi-müəllimlər, idman ictimaiyyətinin və KİV nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü açaraq idmançıları 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın əsası qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. İcra başçısı qeyd edib ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. Rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki. Qazaxda bütün sahələr, təhsil, səhiyyə, mədəniyyət, o cümlədən də idman sahəsi gündən-günə inkişaf edir. Bu gün bütün dünyada sazın, sözün beşiyi sayılan Qazax eyni zamanda idman sahəsində qazandığı uğurlarla, idmançılarının qələbələri ilə dünyaya səs salır. Ölkə Prezidenti İlham Əliyevin Qazaxda idmana və idmançılara hər zaman diqqət göstərdiyini qeyd edən icra başçısı bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2007-ci ildə may ayının 30-da istifadəyə verilmiş möhtəşəm Qazax Olimpiya İdman Kompleksi Qazax idmanının inkişafına xüsusi təkan verərək yeni gənc idmançıların yetişməsinə səbəb olmuşdur. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, digər sahələrə olduğu kimi, idman sahəsinə də xüsusi qayğı ilə yanaşım. Üçrəngli Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnizimi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşım. Çünki hər bir idmançının qazandığı qələbə Qazaxın qələbəsidir. Rayonun adını uca zirvələrə qaldıran idmançılara qayğı göstərmək isə hər birimizin borcudur.
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını təbrik edib, 2018-ci ildə idmançılarımızın qazandıqları uğurlardan söz açıb. Rayonumuzda idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova idmançılar adından öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, rayon rəhbərliyinin ölkə və beynəlxalq turnirlərdə, çempionatlarda iştirak edib yüksək nəticələr qazanmış bütün idmançıları qəbul etməsi, onları təbrik edərək mükafatlandırması idman sahəsinə, eləcə də idmançılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov çıxış edərək əlamətdar gün münasibətilə bütün idman ustalarını, məşqçiləri, idmançıları səmimi qəlbdən təbrik edib, beynəlxalq arenalarda daha böyük nailiyyətlər qazanmalarını arzulayıb. F.Umudov bildirib ki, bu gün idman sahəsindəki inkişafdan, qazanılan uğurlardan danışarkən ilk növbədə ulu öndər Heydər Əliyevi ehtiramla yad etməliyik. Çünki idman sahəsinin inkişafı məhz ulu öndərin adı ilə bağlıdır. Ölkədə hərc-mərcliyin hökm sürdüyü bir dövrdə ulu öndərin qətiyyətli siyasəti nəticəsində ölkədə bir çox sahələrin, o cümlədən də idmanın inkişafına nail olundu. F.Umudov qeyd edib ki, əsası ulu öndər tərəfindən qoyulan idman siyəsəti bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın idman sahəsinə olan diqqət və qayğısından danışan F.Umudov ölkəmizin beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etdiyini qeyd edib. Həmin tədbirlərin yüksək səviyyədə təşkil olunmasında Mehriban Əliyevanın böyük əməyi olduğunu bildirib. Rayon rəhbərliyinin idmançılara, gənc və yeniyetmələrə göstərdiyi diqqət və qayğıdan söz açan F.Umudov Qazax güləş məktəbinin əsaslı şəkildə təmir olunaraq idmançıların istifadəsinə verilməsini bu qayğının bariz nümunəsi kimi qiymətləndirib. Güləş məktəbinin yüksək səviyyədə yenidən uşaqların ixtiyarına verilməsinə görə idmançılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Kamal Əhmədov,Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Ramiz Tağıyev, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Qol güləşi üzrə Əməkdar məşqçi Azər Əliyev, rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin ağır atletika idman növü üzrə baş məşqçisi, SSRİ İdman Ustası, Əməkdar məşqçi Nizami Qasımov çıxış edərək idmançıların qazandıqları uğurlardan, ölkəmizdə, eləcə də Qazaxda idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıblar.
Ağır atletika idman növü üzrə Azərbaycan Respublikasının İdman Ustası, yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Gülçin Əlizadə idman sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə başçısına idmançılar adından minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün idman mərkəzlərinin maddi texniki bazasının gücləndirilməsi, idmançılara xüsusi həssaslıqla yanaşılması bizlərə böyük stimul verir. Dövlət və dövlət başçısı tərəfindən bizlərə olan səmimi münasibəti gördükdən sonra daha böyük qələbələr uğrunda mübarizə aparmağa çalışırıq. Biz idmançılar hər zaman qarşımıza bir məqsəd qoyuruq ki, ölkə rəhbərimizin biz idmançılara olan inamını, etimadını doğruldaq. Qazandığımız medalların sayını artırmaqla yanaşı, hər dəfə üçrəngli bayrağımızı dalğalandırıb, Dövlət Himnimizi səsləndirək.
Kosalar kənd tam orta məktəbin fiziki tərbiyə müəllimi Rayət Əliyev də idmançıları, həmkarlarını təbrik edib, ən xoş arzularını çatdırıb. İdmançılara həsr etdiyi şeiri səsləndirib.
Tədbirin sonunda veteran idmançılar və məşqçi-müəllimlər, respublika çempionları, beynəlxalq yarışlarda mükafat qazanmış idmançılar əldə etdikləri yüksək nailiyyətlərə görə Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olunublar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bütün idmançıları bir daha səmimi qəlbdən təbrik edib, Azərbaycanın inkişafı naminə yeni-yeni nailiyyətlər qazanmalarını arzulayıb.
GOYEZEN.AZ Geri qayıt |