Qazaxda daha bir çoxmənzilli binada işlərin xeyli hissəsi görülüb
Bu gün Qazaxda ölkə
başçısının diqqət və qayğısı sayəsində reallaşan işlərdən biri də rayondakı
çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunmasıdır. Belə ki,
rayonda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata
keçirilən məqsədyönlü işlər daha geniş vüsət alıb. Prezident İlham
Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı
imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78
çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə
verilib. Bu il isə daha 47 ədəd çoxmənzilli yaşayış binalarının fasadında,
bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz
xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılıb,
3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikilib və yaxud
da təmir olunub, bir binanın həyətində bu iş davam etdirilir. Bundan əlavə,
dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam
örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci
il tarixli Sərəncamna əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında
yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında
yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin
dəyişdirilməsi rayon sakinlərinə göstərilən diqqət və qayğı deməkdir. Şəhərin
Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun
yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada,
eləcə də N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5
mərtəbəli, 1 saylı binada əsaslı şəkildə təmir işlərinin aparılması görülən
işlərin yüksələn templə davam etməsindən xəbər verir. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ə.Şıxlinski küçəsində təmir
olunan binada görülən işlərlə tanış olub. Rayon rəhbərinə
məlumat verilib ki, binanın istər bloklarında, istərsə də xarici fasadında
işlər paralel olaraq aparılır. Binanın blokları ilə yanaşı, xarici fasadında
suvaq işləri aparılır. Elektrik xətləri səliqəyə salınır. Bloklarda üzlük
vurulması işi demək olar ki, yekunlaşmaq üzrədir. Blokların giriş qapıları da
qoyulub. Qazaxda
çoxmənzilli binalarda görülən işləri rayon sakinləri də yüksək
qiymətləndirirlər. Respublikamızda, eləcə də rayonda görülən genişmiqyaslı
işlərə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin
minnətdarlıqlarını bildirirlər. GOYEZEN.AZ
Facebook-da paylaş