Ulu öndərin adını daşıyan Mərkəzlə tanışlıq olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının inzibati binasında olub, işçilər üçün yaradılan şəraitlə maraqlanıb.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov bildirib ki, 25 ildən artıqdır ki, fəaliyyət göstərən partiya tarixi uğurlara imza atır. Müstəqil Azərbaycan dövlətinin inkişafı naminə misilsiz işlər görür. Qeyd edib ki, YAP Qazax rayon təşkilatının bu gün 9708 nəfər üzvü vardır. Onların böyük əksəriyyətini qadınlar və gənclər təşkil edir. Təkcə cari ildə 1700 nəfər YAP sıralarına qəbul edilib.
Sonra rayon rəhbəri və administrasiya nümayəndəsi ulu öndər Heydər Əliyevin adını daşıyan park və Mərkəzlə tanış olub, yaradılan şəraitlə maraqlanıb. İstər Mərkəzdə, istərsə də parkda təmir işlərinin aparıldığı barədə məlumat verilib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova Respublika Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. Ölkə başçısı tərəfindən bu sahədə çalışan insanlara yüksək qayğı göstərildiyini qeyd edərək rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını çatdırıb. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən hər cür qayğı və dəstəklə əhatə olunduqlarını bildirib.
Qazaxda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsini, tarixi günlərin yüksək səviyyədə qeyd olunmasını bunun bariz nümunəsi kimi qiymətləndirib. Eyni zamanda, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının əsaslı şəkildə təmir olunması, həmin idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib.
C.Hüseynova ümummilli lider Heydər Əliyevin doğum və anım günü ilə əlaqədar mütəmadi olaraq "Açıq qapı” günlərinin təşkil olunduğunu, həmin günlərdə iştirakçıların əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzdüyünü, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad etdiklərini bildirib.
Sonra mərkəzdə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələrin dinlənildiyini qeyd edib. Həmçinin, ulu öndərin Azərbaycan xalqının və ölkəmizin müstəqilliyə qovuşması uğrunda xidmətlərini özündə əks etdirən filmlərə baxıldığını, kitab və jurnallardan ibarət sərgi ilə tanış olduqlarını çatdırıb. Qeyd edib ki, keçirilən mühazirələrdə bu gün ölkəmizin hüdudlarında dillər əzbəri olan "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” ifadəsinin dövrün reallığını əks etdirən danılmaz həyat həqiqəti olması vəRespublika Prezidenti İlham Əliyevin bütün sahələrdə ümummilli liderin siyasi kursunu uğurla davam etdirməsi, ölkəmizin yeni-yeni nailiyyətlərə imza atması, Heydər Əliyevin ideyalarının geçəkləşməsi vurğulanır.
Bundan başqa, rayonda olan bütün ümumtəhsil məktəbləri ilə müqavilələr bağlandığını, məktəblilərin Mərkəzə ekskursiyalarının təşkil olunduğunu vurğulayıb. Oktyabrın 1-dən başlayaraq 150 nəfərdən çox məktəblinin Mərkəzə ekskursiya etdiyini çatdırıb. Eyni zamanda, yeni ailə quran gənclərin öz təşəbbüsləri ilə nikah mərasimlərinin Mərkəzdə keçirildiyini və bunun bir ənənə halını aldığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş