• Təqvim

  • Maraq



YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub

YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
Bu gün Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini böyük ehtiramla yad ediblər.
YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə bütün partiya üzvlərini təbrik edib və səmimi arzularını çatdırıb.
YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov məruzə ilə çıxış edib. Bildirib ki, biz hər il ənənəvi olaraq YAP Qazax rayon təşkilatının yaradılmasının ildönümünü qeyd edirik. Hər kəsə yaxşı məlumdur ki, Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir tarixində öz yeri və siyasi gücü vardır. YAP-ın yaranma dövrünü göz önünə gətirdiyimiz zaman görürük ki, partiyamız üzləşdiyi bütün çətinliklərdən, sınaqlardan həmişə üzü ağ çıxmışdır. Yeni Azərbaycan Partiyasının apardığı siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə inkişafa nail olunub, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb. Respublikamız möhtərəm prezidentimiz, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Bu gün partiyamız ulu öndərin siyasi xəttini inamla və dönmədən həyata keçirir. Məhz bu siyasətin nəticəsidir ki, o zamandan bəri ölkədə keçirilmiş bütün seçkilərdə YAP və onun lideri qalib gəlib. YAP Qazax rayon təşkilatının bu gün 7922 nəfər üzvü vardır. Onların böyük əksəriyyətini qadınlar və gənclər təşkil edir. 2017-cı ilin birinci altı ayında 82 nəfər YAP sıralarına qəbul edilmişdir. Rayon təşkilatı həmişə partiyamızın qarşıya qoyduğu tapşırıqların həyata keçirilməsi, seçkilərdə daha fəal iştirak edərək partiyamızın qələbəsinin təmin edilməsi, iqtidarın ölkəmizin idarə edilməsindəki uğurlarının rayon sakinlərinə çatdırılması istiqamətində işlərini günün tələbi səviyyəsində qurmuşdur. Ötən Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsvermələrində qazanılan qələbələr və bundan sonra ölkəmizin və xalqımızın həyatında əldə olunan uğurlar Yeni Azərbaycan Partiyasının, onun yaradıcısı Heydər Əliyevin ideyalarının əzmlə həyata keçirilməsinin nəticəsidir.

Məruzə ətrafında YAP Qazax rayon təşkilatı sədrinin müavini Səfurə Vəliyeva, YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov, rayon təşkilatı Şurasının üzvləri Tərlan Bədəlova, İsgəndər Qurbanov çıxış edərək rayon təşkilatının yaranma tarixindən, ötən dövrlərdəki fəaliyyətindən, keçdiyi yoldan danışıb və təbriklərini çatdırıblar.
YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Tahir Musayev tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolundan, gördüyü genişmiqyaslı işlərdən ətraflı danışıb. Qeyd edib ki, YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir və ən böyük partiyasıdır. YAP sözün əsl mənasında xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətlərini göstərirlər. YAP-nın yaradıcısı, ulu öndər Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə siyasi və iqtisadi islahatlar uğurla aparılır. Azərbaycan bir neçə nüfuzlu beynəlxalq təşkilatın üzvüdür. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilib və bu investisiyalar hesabına Azərbaycan bu gün sürətlə inkişaf edir. Bütün dünyada etibarlı tərəfdaş imici qazanıb.
YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
T.Musayev daha sonra rayonda görülən işlərdən danışaraq bildirib ki, rayonda güclü tikinti-abadlıq və quruculuq işləri aparılır. Rayonumuz bu gün çox geniş və uğurlu bir inkişaf yolunun başlanğıcındadır. Çox yaxın vaxtlarda biz bu inkişafın, əldə olunmuş uğurların sizinlə birgə şahidi olacağıq. Biz partiya üzvlərinin köməyi ilə rayonumuzda bütün sahələrdə uğurlar qazanacağıq, rayonumuz daha da inkişaf edəcəkdir.
YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbirə yekun vuraraq bütün partiya üzvlərini bir daha təbrik edib, onlara möhkəm cansağlığı, çətin və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıb.

YAP Qazax rayon təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub
GOYEZEN.AZ


Facebook-da paylaş