Qazaxda yeni sənaye müəssisələri yaradılır
Son illər Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qazaxda yeni sənaye müəssisələri yaradılır, bu sahənin inkişafı istiqamətində mühüm işlər görülür.
Xanlıqlar kəndi ərazisində tikilən Elektrod Zavodu da yeni istehsal müəssisəsidir. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən yeni zavodda demək olar ki, tikinti işləri başa çatıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə zavoda baş çəkib, görülən işlərlə tanış olub.
Məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən
zavodda əsas işlər yekunlaşıbdır. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik
örtülü sahə istehsala tam hazırdır.
Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Eyni
zamanda, zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı,
ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları
əkilib.
GOYEZEN.AZ
Facebook-da paylaş