Qazaxda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bir sıra abidələr ziyarət edilib
Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova hər iki tarixi abidə haqqında məlumat verərək bildirib ki, Dədəban dağının döşündə yerləşən qədim və ölkə əhəmiyyətli memarlıq abidəsinin tikinti tarixi VI-VII əsrlərə aid edilən qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Baba Dərviş yaşayış məskənində isə 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Ziyarətdə Yuxarı Salahlı kənd folklor evinin saz dərnəyinin üzvü Namiq Hacıeyyubovunifasında saz havaları dinlənilib.
Qazax Rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı, MİHİ Qazax rayon komitəsinin dəstəyi ilə bir qrup mədəniyyət işçisi 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən VI- VII əsrlərə aid xalq arasında Koroğlu qalası da adlandırılan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı (02.08.2001-ci il) ilə dövlət qeydiyyatına alınmış ölkə əhəmiyyətli memarlıq abidəsi olan Didivan qalasını və ilk Tunc dövrünə aid Baba Dərviş yaşayış məskənlərini ziyarət ediblər. 





Facebook-da paylaş














