Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bir sıra abidələr ziyarət edilib
Qazaxda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bir sıra abidələr ziyarət edilib18-04-2026, 18:00 |
|
Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova hər iki tarixi abidə haqqında məlumat verərək bildirib ki, Dədəban dağının döşündə yerləşən qədim və ölkə əhəmiyyətli memarlıq abidəsinin tikinti tarixi VI-VII əsrlərə aid edilən qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Baba Dərviş yaşayış məskənində isə 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Ziyarətdə Yuxarı Salahlı kənd folklor evinin saz dərnəyinin üzvü Namiq Hacıeyyubovunifasında saz havaları dinlənilib.
Geri qayıt |