• Təqvim

  • Maraq

Qazaxda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti info-sessiya keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycanın rəqəmsal injkişaf strategiyası və mədəni irs” mövzusunda info-sessiya keçirilib.

BDU Qazax filialınınHeydər Əliyev auiditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi şöbəsinin müdiri Gulaya Həsənova, Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Ədəbiyyat Muzeyinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin Gəncə regional idarəsinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova tədbiri açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Qeyd edib ki, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ali təhsil müəssisələrinin bu prosesə fəal şəkildə cəlb olunması, insan kapitalının müasir çağırışlara uyğun hazırlanması və tədris proqramlarının rəqəmsal iqtisadiyyatın tələblərinə adaptasiyası xüsusi olaraq vurğulanıb. Bugünkü info-sessiyanın da məhz bu amala xidmət etdiyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb, keçirilən info-sessiyanın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Azərbaycan yeni tarixi mərhələnin astanasındadır. XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Danılmaz faktdır ki, texnologiya son onilliklərdə həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əvvəllər yalnız sənaye və elm sahələrində istifadə olunan texnoloji yeniliklər indi hər bir insanın gündəlik həyatında mühüm rol oynayır. Ölkəmizdə bu istiqamətdə müəyyən işlər görülmüş, dövlət proqramları qəbul olunaraq icra edilmişdir. Azərbaycan rəqəmsal gələcəyini planlı, sistemli və milli maraqlara əsaslanan şəkildə qurur. Bu yolun başlanğıcı artıq qoyulub və qarşıdakı illər ölkənin texnoloji sıçrayışının şahidi olacağıq.

Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin Gəncə regional idarəsinin nümayəndəsi Səadət Əliyeva bu istiqamətdə gördükləri işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra filialın müəllimləri öz yenilikçi təqdimatları ilə çıxış ediblər. Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova “Azərbaycanın yeni rəqəmsallaşma arxitekturası çərçivəsində tarixi-memarlıq irsinin qorunması”, həmin kafedranın müəllimi Zahid Gülümcanlı “Onlayn turizm platformaları və mədəni irs obyektlərinin tanıdılması”, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Cəvahir Həsənli “Azərbaycan folklorunun rəqəmsallaşdırılması: problemlər və perspektivlər” mövzusunda çıxış ediblər.

Tədbirdə bütün təqdimatlar slaytlar vasitəsilə təqdim olunub.







Facebook-da paylaş


{sape_links}