2025-ci ilin yanvar-iyun aylarında Qazax rayonunun sosial, iqtisadi inkişafının makroiqtisadi göstəriciləri
2025-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 232 milyon 317,8 min manat təşkil etmiş və əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 3,1 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 6,2 faiz, tikinti sahəsində 63,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 4,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,8 faiz artmış, sənaye sahəsində 1,2 faiz, informasiya və rabitə sahəsində 60,4 faiz azalmışdır. 2025-ci ilin yanvar-iyun aylarında məhsul və xidmətlərin 93,1 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul buraxılışı 2407,4 manat təşkil etmişdir. Sənaye. 2025-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 106 milyon 499,0 min manatlıq və ya 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 1,2 faiz az sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 13,6 faiz, emal sektoru 71,4 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 14,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,7 faiz təşkil etmişdir. Məhsulun 85,1 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən sabit qiymətlərlə 2,2 faiz azalmışdır. 2025-ci ilin yanvar-iyun aylarında mədənçıxarma sektorunda 14 milyon 466,0 min manatlıq, emal sektorunda 76 milyon 92,4 min manatlıq məhsul istehsal edilmiş, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 56,7 faiz artmış, emal sektorunda 9,4 faiz azalmışdır. Emal sektorunda 2024-cü ilin yanvar-iyun aylarına nisbətən qida məhsullarının istehsalı 6,3 dəfə artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 15 milyon 180,0 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 50608,7 MVt.s elektrik enerjisi, 74,29 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real ifadədə həcmi 3,1 faiz azalmış, əhaliyə və digər istehlakçılara 562,5 min kubmetr təbii su verilmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2025-ci ilin məhsulu üçün 4645,0 hektar sahədə buğda, 6835,0 hektar sahədə arpa səpini aparılmışdır. 2025-ci ilin yanvar-iyun aylarında heyvandarlıq sahəsində 2597,1 ton ət (diri çəkidə), 16552,0 ton süd, 6030,0 min ədəd yumurta, 236,0 ton yun istehsal edilmişdir. 2024-cü ilin yanvar-iyun aylarına nisbətən süd istehsalı 0,6 ton azalmış, yumurta istehsalı 5,0 min ədəd, yun istehsalı 0,2 ton artmışdır. 2025-ci ilin iyul ayının 1-nə 29337 baş iribuynuzlu mal-qara (ondan 15890 baş inək və camış), 126829 baş qoyun və keçi mövcud olmuşdur. 2024-cü ilin yanvar-iyun aylarına nisbətən iribuynuzlu mal-qaranın sayı 5 baş, qoyun və keçilərin sayı 699 baş (0,6 faiz) artmışdır. Tikinti. 2025-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyon 286,1 min manatlıq, yaxud 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 64,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyon 323,1 min manatı və ya 77,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Nəqliyyat. 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 8130,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 6,1 faiz artım müşahidə olunmuşdur. 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 730,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 6,6 faiz artmışdır. İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 311,2 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 154,4 min manatı və ya 49,6 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 60,4 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 58,5 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 70,7 faiz azalmışdır. Pərakəndə ticarət. 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 158 milyon 376,4 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 21 milyon 823,0 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 3,6 faiz artmışdır. Ticarət şəbəkələrində 85 milyon 447,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 72 milyon 928,6 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 1,5 faiz, qeyri-ərzaq məhsullarının satışı 6,5 faiz artmışdır. İstehlak qiymətləri indeksləri. 2025-ci ilin yanvar-iyun aylarında istehlak qiymətlərinin indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 110,1 faiz, o cümlədən qida məhsulları, alkaqollu içkilər və tütün məmulatları üzrə 109,1 faiz, qeyri-qida malları üzrə 105,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 115,4 faiz təşkil etmişdir. Əməkhaqqı. 2025-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 766,5 manat, dövlət sektorunda 737,0 manat, qeyri-dövlət sektorunda 816,9 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesi sahəsində 1601,6 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 878,9 manat, maliyyə və sığorta sahəsində 1821,0 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 1041,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 824,1 manat təşkil etmişdir. Demoqrafik vəziyyət. İlkin hesablamalara əsasən 2025-ci ilin yanvar-iyun aylarında rayon əhalisinin sayı 87 nəfər artaraq 2025-ci il iyul ayının 1-i tarixinə 96 min 554 nəfər təşkil etmişdir. Cədvəl 1 MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 2025-ci il yanvar-iyun ayları, faktiki qiymətlərlə 2025-ci il yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Məlumat üçün 2024-cü il yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Ümumi məhsul buraxılışı, min manat 232317,8 103,1 102,9 Sənaye məhsulunun ümumi həcmi*), min manat 106499,0 98,8 113,7 Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat, o cümlədən tikinti-quraşdırma işlərinə 4286,1 3323,1 35,8 28,2 60,5 60,9 Kənd təsərrüfatının ümumi məhsulu, min manat 62489,5 106,2 97,6 Nəqliyyat sektorunda yük daşınması *), min ton 730,0 106,6 106,9 Nəqliyyat sektorunda sərnişin daşınması *), min sərnişin 8130,0 106,1 107,0 İnformasiya və rabitə xidmətləri, min manat 311,2 39,6 63,9 Pərakəndə ticarət dövriyyəsi*), min manat 158376,4 103,8 107,1 Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat 21823,0 103,6 102,5 Orta aylıq nominal əməkhaqqı*), manat 766,5 108,0 112,4 Əhalinin sayı, 01.07.2025 vəziyyətinə, nəfər 96554 100,2 100,4 Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla; Ümumi məhsul buraxılışı 2025-ci ilin yanvar-iyun aylarında 232 milyon 317,8 min manat həcmində və ya 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 3,1 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 2407,4 manat təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 106 milyon 499,0 min manat (45,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 62 milyon 489,5 min manat (26,9 faiz), tikinti sahəsində 6 milyon 329,5 min manat (2,7 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 6 milyon 8,2 min manat (2,6 faiz), informasiya və rabitə sahəsində 311,2 min manat (0,1 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 50 milyon 680,5 min manat (21,9 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 6,2 faiz, tikinti sahəsində 63,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 4,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,8 faiz artmış, sənaye sahəsində 1,2 faiz, informasiya və rabitə xidmətləri sahəsində 60,4 faiz azalmışdır. Cədvəl 2 İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi. 2025-ci ilin yanvar-iyun ayları faktiki qiymətlərlə, min manat 2024-cü ilin yanvar-iyun ayları faktiki qiymətlərlə, min manat Qiymət indeksi, faizlə 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin qiymətləri ilə, min manat Fiziki həcm indeksi, faizlə Ümumi həcmdə xüsusi çəkisi, faizlə A 1 2 3 4 5 6 Sənaye 106499,0 92308,7 116,8 91201,0 98,8 45,8 Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 62489,5 54540,1 107,9 57933,6 106,2 26,9 Tikinti 6329,5 3873,2 100,0 6329,5 163,4 2,7 Nəqliyyat və anbar təsərrüfatı 6008,2 5683,5 101,6 5913,6 104,0 2,6 İnformasiya və rabitə 311,2 786,3 100,0 311,2 39,6 0,1 Ticarət, nəqliyyat vasitələrinin təmiri 50680,4 46606,7 104,8 48359,2 103,8 21,9 Yekun: 232317,8 203798,5 110,6 210048,1 103,1 100,0 Qrafik 1 2025-ci ilin yanvar-iyun aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə Qrafik 2 2025-ci ilin yanvar-iyun aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə Sənaye 2025-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri tərəfindən 106 milyon 499,0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,2 faiz az olmuşdur. Ümumi istehsalın 85,4 faizini sənaye məhsulları, 14,6 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 13,6 faizi mədənçıxarma, 71,4 faizi emal, 14,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2024-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz azalaraq 90 milyon 615,6 min manat və ya sənaye məhsulunun 85,1 faizini təşkil etmişdir. Qrafik 3 2025-ci ilin yanvar-iyun aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə Cədvəl 3 Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı Fəaliyyət növlərinin adı 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir, min manatla 2024-cü ilin yanvar-iyun aylarına nisbətən sabit qiymətlərlə, faizlə İstehsalın ümumi həcmində xüsusi çəkisi, faizlə Cəmi *) 106499,0 98,8 100,0 o cümlədən: dövlət sektoru 15883,4 104,6 14,9 qeyri-dövlət sektoru 90615,6 97,8 85,1 Mədənçıxarma sənayesi 14466,0 156,7 13,6 o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri 14466,0 156,7 13,6 Emal sənayesi 76092,4 90,6 71,4 o cümlədən: qida məhsullarının istehsalı 4121,0 625,7 3,9 içki istehsalı 30,5 44,5 0,03 mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 1042,2 16,6 d 1,0 poliqrafiya məhsullarının istehsalı 369,1 167,6 0,3 rezin və plastik kütlə məmulatlarının istehsalı 247,5 301,9 0,2 tikinti materiallarının istehsalı 65186,2 89,7 61,2 mebellərin istehsalı 5051,0 87,8 4,7 sair sənaye məhsullarının istehsalı 5,1 191,7 0,0 maşın və avadanlıqların quraşdırılması və təmiri 22,5 155,2 0,02 elektrik avadanlıqlarının istehsalı 17,3 - 0,02 Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 15180,0 87,1 14,3 Su təchizatı, tullantıların təmizlənməsi və emalı 760,6 96,9 0,7 o cümlədən suyun yığılması, təmizlənməsi və paylanması 459,1 93,9 0,4 digər tullantıların yığılması və məhv edilməsi 301,5 76,0 0,3 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Mədənçıxarma sektorunda müəssisələr tərəfindən araşdırılan dövrdə 14 milyon 466,0 min manatlıq məhsul istehsal edilmiş, məhsul istehsalının ümumi həcmində 13,6 faiz təşkil etmiş və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 56,7 faiz artmışdır. Emal sektorunun müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 76 milyon 92,4 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 71,4 faiz təşkil etmiş və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 9,4 faiz azalmışdır. Sahə üzrə məhsul istehsalında əsasını tikinti materiallarının istehsalı 85,7 faiz, qida məhsullarının istehsalı 5,4 faiz, mebellərin istehsalı 5,4 faiz, digər məhsulların istehsalı isə 2,3 faiz təşkil edir. Qida məhsullarının istehsalı 4 milyon 121,0 min manat olaraq, bölmə üzrə məhsulun 6,9 faizini təşkil etmiş, içki istehsalının həcmi isə 30,5 min manat olmuşdur. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 15 milyon 180,0 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,9 faiz azalmış və rayon əhalisinə və digər istehlakçılara 50608,7 MVts elektrik enerjisi, 74,29 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmiş məhsulun həcmi 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 3,1 faiz azalaraq və 760,6 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 562,5 min kubmetr təbii su verilmişdir. Cədvəl 4 Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *) Məhsul növlərinin adı və ölçü vahidi 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir (əmtəəlik) 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə 01.07.2025-ci il tarixinə hazır məhsul ehtiyatı Mədənçıxarma sənayesi bentonit, ton 130804,0 159,9 181548,0 əhəngdaşı tozu, ton 11551,3 139,7 - inşaat üçün əhəng daşı, ton 16381,0 138,9 - kvarsit, ton 103388,7 x - Qida məhsullarının istehsalı buğda və ya çovdarla qarışıq buğda unu, ton 158,4 95,0 - çörək, ton 563,3 114,7 - İçki istehsalı Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr 9,0 44,5 - Sement istehsalı Portland sement, min ton 381,0 113,6 7,24 Sement klinkerləri 73,01 37,8 98,49 Mebellərin istehsalı yataq, yemək və qonaq otaqları üçün taxta mebellər, ədəd 3164 88,1 - Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı elektrik enerjisinin bölüşdürülməsi, MVt.s 50608,7 101,2 - qazın bölüşdürülməsi, milyon kubmetr 74,29 105,5 - buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal 2463,8 86,7 - təbii suyun yığılması və bölüşdürülməsi, min kubmetr 562,5 100,2 - *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Tikinti Əsas kapitala yönəldilmiş vəsaitlər 2025-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyon 286,1 min manat və ya 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 64,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyon 323,1 min manatı və ya 77,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 47,0 faizini dövlət, 53,0 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. Cədvəl 5 Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər 2025-ci ilin yanvar-iyun ayları, min manatla 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Ümumi həcmdə xüsusi çəkisi, faizlə Cəmi 4286,1 35,8 100,0 o cümlədən: dövlət sektoru 2016,2 21,3 47,0 qeyri-dövlət sektoru 2269,9 90,1 53,0 Qrafik 4 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla (2025-ci ilin yanvar-iyun ayları) Cədvəl 6 Cəmi Ümumi yekuna nisbətən, faizlə 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Cəmi 6329,5 100,0 163,4 o cümlədən: inşa,yenidənqurma və bərpa işləri 5198,6 82,1 185,4 cari təmir işləri 1085,6 17,2 106,0 sair tikinti işləri 45,3 0,7 100,0 Kənd təsərrüfatı 2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 62 milyon 489,5 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 6,2 faiz artmışdır. Bitkiçilik. 2025-ci ilin məhsulu üçün 4645,0 hektar sahədə buğda, 6835,0 hektar sahədə arpa səpini aparılmışdır. 2025-ci ilin məhsulu üçün ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələrinin qəti uçotu aparılmışdır. Uçotun nəticələrinə əsasən bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur. Cədvəl 7 2025-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar 2025-ci il 2024-cü il 2025-ci il 2024-cü ilə nisbətən, faizlə Cəmi əkin sahəsi 18535,0 18533,0 100,0 o cümlədən: dənlilər və dənli paxlalı bitkilər 11600,0 11571,0 100,3 o cümlədən: buğda 4645,0 4507,0 103,1 arpa 6835,0 6938,0 98,5 vələmir 80,0 80,0 100,0 sorqo 30,0 32,0 93,8 paxlalılar 10,0 14,0 71,4 qarğıdalı 350,0 350,0 100,0 günəbaxan 35,0 40,0 87,5 tərəvəz 786,0 791,0 99,4 kartof 1330,0 1320,0 100,8 yem bitkiləri 4391,0 4416,0 99,4 bostan bitkiləri 43,0 45,0 95,6 Cədvəl 8 2025-ci ilin yanvar-iyun aylarında əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq Yığılmış sahə, hektar Yığılmış məhsul, ton Məhsuldarlıq, sen/ha Dənli və dənli paxlalıların, cəmi 5230,0 16811,0 32,1 o cümlədən: buğda 253,0 885,0 35,0 arpa 4977,0 15926,0 32,0 Tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular, cəmi 434,0 9267,0 213,5 o cümlədən: yaşıl lobya 92,0 184,0 20,0 bibər 41,0 902,0 220,0 xiyar 83,0 2863,5 345,0 badımcan 5,0 142,5 285,0 pomidor 108,0 3780,0 350,0 baş sarımsaq 10,0 145,0 145,0 kartof 10,0 400,0 400,0 sair tərəvəzlər 85,0 850,0 100,0 Yem bitkiləri, cəmi 1650,0 4950,0 30,0 Meyvələr, cəmi 1509,7 4099,2 27,2 Giləmeyvələr, cəmi 43,1 595,0 138,1 Heyvandarlıq. 2025-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 2597,1 ton ət, 16552,0 ton süd, 6030,0 min ədəd yumurta, 236,0 ton yun istehsal edilmişdir. 2024-cü ilin yanvar-iyun aylarına nisbətən süd istehsalı 0,6 ton azalmış, yumurta istehsalı 5,0 min ədəd, yun istehsalı 0,2 ton artmışdır. Cədvəl 9 Heyvandarlıq məhsullarının istehsalı, ton 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən % +, - Ət (diri çəkidə) 2597,1 2597,1 100,0 Süd 16552,0 16552,6 100,0 -0,6 Yumurta, min ədəd 6030,0 6025 100,1 +5,0 Yun 236,0 235,8 100,1 +0,2 2025-ci il iyul ayının 1-i tarixinə 29337 baş iribuynuzlu mal-qara (ondan 15890 baş inək və camış), 126829 baş qoyun və keçi mövcud olmuşdur. Ötən ilin mavafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 5 baş, qoyun və keçilərin sayı 699 baş (0,6 faiz) artmış, ana inək və camışların sayı isə 128 baş (0,8 faiz) azalmışdır. Cədvəl 10 Mal-qaranın sayı, 01.07.2025-ci il tarixinə, baş 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən % +, - İribuynuzlu mal-qara 29337 29332 100,0 +5 ondan: inək və camışlar 15890 16018 99,2 -128 Qoyun və keçilər 126829 126130 100,6 +699 Nəqliyyat 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 8130,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 6,1 faiz artmışdır. Cədvəl 11 Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Cəmi 8130,0 7662,0 106,1 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 730,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 6,6 faiz artmışdır. Cədvəl 12 Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Cəmi 730,0 685,0 106,6 2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələri tərəfindən 6 milyon 8,2 min manatlıq xidmət göstərilmiş, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 4,0 faiz artmışdır. Göstərilmiş xidmətin 139,4 min manatı (2,3 faizi) dövlət sektorunun, 5 milyon 868,8 min manatı (97,7 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir. Cədvəl 13 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə 6008,2 5683,5 104,0 o cümlədən: dövlət sektoru 139,4 155,2 88,4 qeyri-dövlət sektoru 5868,8 5528,3 104,5 İnformasiya və rabitə İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 60,4 faiz azalaraq 311,2 min manat təşkil etmişdir ki, bunun da 154,4 min manatı (49,6 faizi) əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri 2024-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 74,7 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 58,5 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,5 faiz təşkil etmişdir. Cədvəl 14 İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlir 311,2 786,3 39,6 o cümlədən: dövlət sektoru 181,9 620,6 29,3 qeyri-dövlət sektoru 129,3 165,7 78,0 İstehlak bazarı 2025-ci ilin yanvar-iyun aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 182 milyon 999,4 min manat olmaqla 2024-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 3,8 faiz artmışdır. Cədvəl 15 İstehlak bazarı üzrə əsas göstəricilər 2025-ci ilin yanvar-iyun ayları, min manatla 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri 182999,4 103,8 o cümlədən: dövlət mülkiyyəti üzrə 5979,9 93,0 qeyri-dövlət mülkiyyəti üzrə 177019,5 104,2 ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə 139619,4 106,5 Əmtəə bazarı 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 158 milyon 376,4 min manatlıq məhsul satılmış və onun 85 milyon 447,8 min manatını (54,0 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 72 milyon 928,6 min manatını (46,0 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2024-cü ilin yanvar-iyun aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artmışdır. Cədvəl 16 Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu 2025-ci ilin yanvar-iyun ayları, min manatla Ümumi yekunda xüsusi çəkisi, faizlə 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Pərakəndə ticarət dövriyyəsi 158376,4 100,0 103,8 o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları 85447,8 54,0 101,5 qeyri-ərzaq malları 72928,6 46,0 106,5 2025-ci ilin yanvar-iyun aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 273,8 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 147,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 126,1 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 23,3 faizini hüquqi şəxslər, 19,3 faizini fərdi sahibkarlar tərəfindən, 57,4 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir. Cədvəl 17 Məhsul bazarı üzrə əsas göstəricilər 2025-ci ilin yanvar-iyun ayları, min manatla 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Pərakəndə ticarət dövriyyəsi 158376,4 103,5 o cümlədən: müəssisələr üzrə 36938,2 97,7 fərdi sahibkarlar üzrə 30609,1 100,6 bazar və yarmarkalar üzrə 90829,1 107,6 Qrafik 5 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə Cədvəl 18 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin dinamikası Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə Pərakəndə ticarət dövriyyəsi o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qeyri-ərzaq malları üzrə 2025-ci il Yanvar-iyun 103,8 101,5 106,5 2024-cü il Yanvar- iyun 107,1 107,6 106,4 01.07.2025-ci il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 14 milyon 483,4 min manat təşkil etmişdir. İctimai iaşə xidmətləri 2025-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9,7 faiz artaraq 2 milyon 800,0 min manat olmuşdur. Cədvəl 19 2025-ci ilin yanvar-iyun ayları, min manatla 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə İctimai iaşə xidmətləri, cəmi 2800,0 109,7 o cümlədən: hüquqi şəxslər üzrə - - fiziki şəxslər üzrə 2800,0 109,7 Əhaliyə göstərilən ödənişli xidmətlər 2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin yanvar-iyun aylarına nisbətən real ifadədə 3,6 faiz artaraq 21 milyon 823,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyon 639,9 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 30,4 faizini təşkil etmişdir. Cədvəl 20 Ödənişli xidmətlərin göstərilməsi 2025-ci ilin yanvar-iyun ayları, min manatla 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi 21823,0 103,6 o cümlədən: dövlət sektoru 5979,9 93,0 qeyri-dövlət sektoru 15843,1 108,3 ondan: fiziki şəxslər 15183,1 111,1 2025-ci ilin yanvar-iyun aylarında əhalinin hər bir nəfəri orta hesabla 226,4 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir. Cədvəl 21 Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə Əhaliyə göstərilən ödənişli xidmətlər o cümlədən hüquqi şəxslər üzrə fiziki şəxslər üzrə 2024-cü il Yanvar-iyun 102,5 51,3 223,3 2025-ci il Yanvar-iyun 103,6 89,8 111,1 İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 89,3 faiz təşkil etmişdir. Cədvəl 22 İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin yanvar-iyun ayları, min manatla 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Ümumi həcmdə xüsusi çəkisi, faizlə İri və orta müəssisələr üzrə, cəmi 6441,7 90,2 100,0 o cümlədən: əsas fəaliyyət növü üzrə (iri və orta müəssisələr) 689,2 45,2 10,7 digər sahələrin iri və orta 5752,5 102,5 89,3 ondan sənaye 5752,5 102,5 89,3 Qrafik 6 2025-ci ilin yanvar-iyun aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə Qiymət indeksləri İstehlak qiymətləri indeksi 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,5 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 110,1 faiz təşkil etmişdir. 2025-ci ilin iyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,8 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 109,1 faiz təşkil etmişdir. 2025-ci ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,1 faiz təşkil etmişdir. 2025-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 115,4 faiz təşkil etmişdir. Cədvəl 23 Cəmi məhsullar və xidmətlər Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları əvvəlki aya nisbətən, faizlə əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə əvvəlki aya nisbətən, faizlə əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 2025-ci il Aprel 100,5 110,0 100,9 108,9 May 99,7 110,1 99,1 109,1 İyun 99,5 110,1 98,8 109,1 ..ardı Qeyri-qida məhsulları Ödənişli xidmətlər əvvəlki aya nisbətən, faizlə əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə əvvəlki aya nisbətən, faizlə əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 2025-ci il Aprel 100,5 105,0 100,0 115,6 May 100,3 105,0 100,0 115,5 İyun 100,0 105,1 100,0 115,4 Muzdla işləyənlərin sayı Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2025-ci ilin yanvar-iyun aylarında 10581 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6674 nəfər (63,1 faiz), qeyri-dövlət sektorunda isə 3907 nəfər (36,9 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 17,6 faizi sənaye (o cümlədən 3,2 faizi mədənçıxarma, 7,7 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,7 faizi tikinti, 0,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,3 faizi xidmət sahələrində, o cümlədən 28,7 faizi təhsil, 20,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,8 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,4 faizi maliyyə və sığorta, 0,9 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar. Yeni iş yerlərinin açılması 2025-ci ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 41 yeni iş yeri açılmış və 362 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 38-i mövcud müəssisə və təşkilatlarda yaradılmışdır. Cədvəl 24 2024-cü il və 2025-ci ilin yanvar-iyun aylarında yeni açılmış iş yerlərinin xarakteristikası 2024-cü ilin yanvar-iyun aylarında 2025-ci ilin yanvar-iyun aylarında Yekuna görə xüsusi çəkisi, faizlə Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi 62 41 100,0 o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda 10 3 7,3 mövcud müəssisə və təşkilatlarda 52 38 92,7 Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı 660 362 100,0 Əməkhaqqı 2025-ci ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 766,5 manat, həmçinin dövlət sektorunda 737,0 manat, qeyri-dövlət sektorunda 816,9 manat təşkil etmiş, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən rayon üzrə 8,0 faiz, o cümlədən dövlət sektoru üzrə 9,5 faiz, qeyri-dövlət sektoru üzrə isə 6,2 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1601,6 manat, mədənçıxarma sənayesində 1010,2 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 878,9 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 915,6 manat, maliyyə və sığorta sahəsində 1821,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1041,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 824,1 manat təşkil etmişdir. Cədvəl 25 2025-ci ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı Hərfi işarəsi Fəaliyyət növləri İşçilərin sayı, nəfər Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı, manatla 2025-ci ilin yanvar-iyun aylarında 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Orta rayon göstəricisinə nisbətən, faizlə Cəmi 10581 766,5 108,0 100,0 ondan: dövlət mülkiyyəti 6674 737,0 109,5 96,2 qeyri-dövlət mülkiyyəti 3907 816,9 106,2 106,6 A o cümlədən: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 48 699,0 143,8 91,2 B Mədənçıxarma sənayesi 342 1010,2 100,3 131,8 C Emal sənayesi*) 810 1601,6 100,1 208,9 D Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 233 878,9 103,0 114,7 E Su təchizatı, tullantıların təmizlənməsi və emalı 472 575,5 117,1 75,1 F Tikinti 290 533,4 114,9 69,6 G Ticarət, nəqliyyat vasitələrinin təmiri*) 2122 502,5 105,9 65,6 H Nəqliyyat və anbar təsərrüfatı *) 212 915,6 109,9 119,5 İ Turistlərin yerləşdirilməsi və ictimai iaşə *) 18 509,2 121,0 66,4 J İnformasiya və rabitə *) 97 657,3 95,5 85,8 K Maliyyə və sığorta fəaliyyəti 148 1821,0 107,7 237,6 L Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 44 459,5 110,4 59,9 M Peşə, elmi və texniki fəaliyyət 26 685,4 115,6 89,4 ...ardı N İnzibati və yardımçı xidmətlərin göstərilməsi 200 576,9 113,6 75,3 O Dövlət idarəetməsi və müdafiə; sosial təminat 598 1041,8 100,4 135,9 P Təhsil 3039 674,3 109,9 88,0 Q Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 1243 824,1 112,3 107,5 R İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 594 533,2 112,8 69,6 S Digər sahələrdə xidmətlərin göstərilməsi 45 748,1 101,2 97,6 *) Fiziki şəxslər nəzərə alınmaqla Qrafik 7 2025-ci və 2024-cü ilin yanvar-iyun aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla Demoqrafik vəziyyət İlkin hesablamalara əsasən rayon əhalisinin sayı 2025-ci ilin yanvar-iyun aylarında 87 nəfər artaraq 01.07.2025-ci il tarixinə 96 min 554 nəfərə çatmışdır. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadratkilometrə düşən sıxlığı 139 nəfər olmuşdur. Cədvəl 26 Əhalinin təbii hərəkətinin əsas göstəriciləri Demoqrafik göstəricilər Nəfərlə Əhalinin hər 1000 nəfərinə 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları artım(+) azalma(-) 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Təbii artım 104 138 -34 2,2 2,9 75,7 Doğulanlar 469 473 -4 9,8 9,9 99,0 Ölənlər 365 335 30 7,6 7,0 108,6 Nikahlar 233 258 -25 4,9 5,4 90,7 Boşanmalar 83 103 -20 1,7 2,2 77,3 Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında rayonda 469 nəfər doğulan körpə qeydə alınmış və 2024-cü ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,8 təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun aylarında rayonda 365 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə bu göstərici 7,6 təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbəsi tərəfindən 233 nikah, 83 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9, boşanmaların sayı isə 1,7 təşkil etmişdir. Qrafik 8 2025-ci və 2024-cü ilin yanvar-iyun aylarında demoqrafik göstəricilər, nəfərlə Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi İstehlakçılara 104 milyon 449,8 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 iyul 2025-ci il tarixinə sənaye müəssisələrinin anbarlarında 11 milyon 606,5 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 10,9 faizini təşkil etmişdir.
İstehlak qiymətləri indeksinin dəyişməsi
Facebook-da paylaş