Əsas Səhifə > Kənd təsərrüfatı > 2025-ci ilin yanvar-iyun aylarında Qazax rayonunun sosial, iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

2025-ci ilin yanvar-iyun aylarında Qazax rayonunun sosial, iqtisadi inkişafının makroiqtisadi göstəriciləri


23-09-2025, 20:27


2025-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 232 milyon 317,8 min manat təşkil etmiş və əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 3,1 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 6,2 faiz, tikinti sahəsində 63,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 4,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,8 faiz artmış, sənaye sahəsində 1,2 faiz, informasiya və rabitə sahəsində 60,4 faiz azalmışdır. 2025-ci ilin yanvar-iyun aylarında məhsul və xidmətlərin 93,1 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul buraxılışı 2407,4 manat təşkil etmişdir. 

Sənaye. 2025-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 106 milyon 499,0 min manatlıq və ya 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 1,2 faiz az sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 13,6 faiz, emal sektoru 71,4 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 14,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,7 faiz təşkil etmişdir. Məhsulun 85,1 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən sabit qiymətlərlə 2,2 faiz azalmışdır. 2025-ci ilin yanvar-iyun aylarında mədənçıxarma sektorunda 14 milyon 466,0 min manatlıq, emal sektorunda 76 milyon 92,4 min manatlıq məhsul istehsal edilmiş, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən məhsul istehsalı  müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 56,7 faiz artmış, emal sektorunda 9,4 faiz azalmışdır. Emal sektorunda 2024-cü ilin yanvar-iyun aylarına nisbətən qida məhsullarının istehsalı 6,3 dəfə  artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 15 milyon 180,0 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 50608,7 MVt.s elektrik enerjisi, 74,29 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real ifadədə həcmi 3,1 faiz azalmış, əhaliyə və digər istehlakçılara 562,5 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2025-ci ilin məhsulu üçün 4645,0 hektar sahədə buğda, 6835,0 hektar sahədə arpa səpini aparılmışdır. 2025-ci ilin yanvar-iyun aylarında heyvandarlıq sahəsində 2597,1 ton ət (diri çəkidə), 16552,0 ton süd, 6030,0 min ədəd yumurta, 236,0 ton yun istehsal edilmişdir. 2024-cü ilin yanvar-iyun aylarına nisbətən süd istehsalı 0,6 ton azalmış, yumurta istehsalı  5,0 min ədəd, yun istehsalı 0,2 ton artmışdır. 2025-ci ilin iyul ayının 1-nə 29337 baş iribuynuzlu mal-qara (ondan 15890 baş inək və camış), 126829 baş qoyun və keçi mövcud olmuşdur. 2024-cü ilin yanvar-iyun aylarına nisbətən iribuynuzlu mal-qaranın sayı 5 baş, qoyun və keçilərin sayı 699 baş (0,6 faiz) artmışdır.

Tikinti. 2025-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyon 286,1 min manatlıq, yaxud 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 64,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyon 323,1 min manatı və ya 77,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat. 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 8130,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 6,1 faiz artım müşahidə olunmuşdur. 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 730,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 6,6 faiz artmışdır.

İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 311,2 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 154,4 min manatı və ya 49,6 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 60,4 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 58,5 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 70,7 faiz azalmışdır. 

Pərakəndə ticarət. 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 158 milyon 376,4 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 21 milyon 823,0 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 3,6 faiz artmışdır. Ticarət şəbəkələrində 85 milyon 447,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 72 milyon 928,6 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 1,5 faiz, qeyri-ərzaq məhsullarının satışı 6,5 faiz artmışdır. 

İstehlak qiymətləri indeksləri. 2025-ci ilin yanvar-iyun aylarında istehlak qiymətlərinin indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 110,1 faiz, o cümlədən qida məhsulları, alkaqollu içkilər və tütün məmulatları üzrə 109,1 faiz, qeyri-qida malları üzrə 105,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 115,4 faiz təşkil etmişdir. 

Əməkhaqqı. 2025-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 766,5 manat, dövlət sektorunda 737,0 manat, qeyri-dövlət sektorunda 816,9 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesi sahəsində 1601,6 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 878,9 manat, maliyyə və sığorta sahəsində 1821,0 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 1041,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 824,1 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. İlkin hesablamalara əsasən 2025-ci ilin yanvar-iyun aylarında rayon əhalisinin sayı 87 nəfər artaraq 2025-ci il iyul ayının 1-i tarixinə 96 min 554 nəfər təşkil etmişdir.

Cədvəl 1

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 

 

2025-ci il yanvar-iyun ayları,

faktiki

qiymətlərlə 

 

2025-ci il yanvar-iyun ayları

 2024-cü  ilin yanvar-iyun aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2024-cü il yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

232317,8

103,1

102,9

Sənaye məhsulunun ümumi həcmi*), min manat

106499,0

98,8

113,7

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat, o cümlədən tikinti-quraşdırma işlərinə

4286,1

 

3323,1

35,8

 

28,2

60,5

 

60,9

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

62489,5

106,2

97,6

Nəqliyyat sektorunda yük daşınması *), min ton                 

730,0

106,6

106,9

Nəqliyyat sektorunda sərnişin daşınması *), min sərnişin

8130,0

106,1

107,0

İnformasiya və rabitə xidmətləri,  min manat

311,2

39,6

63,9

Pərakəndə ticarət dövriyyəsi*),  min manat

158376,4

103,8

107,1

Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat

21823,0

103,6

102,5

Orta aylıq nominal əməkhaqqı*), manat

766,5

108,0

112,4

Əhalinin sayı, 01.07.2025 vəziyyətinə, nəfər

96554

100,2

100,4

Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla;

Ümumi məhsul buraxılışı

2025-ci ilin yanvar-iyun aylarında 232 milyon 317,8 min manat həcmində və ya 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 3,1 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 2407,4 manat təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 106 milyon 499,0 min manat (45,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 62 milyon 489,5 min manat (26,9 faiz), tikinti sahəsində 6 milyon 329,5 min manat (2,7 faiz), nəqliyyat və anbar təsərrüfatı  sahəsində 6 milyon 8,2 min manat (2,6 faiz), informasiya və rabitə sahəsində 311,2 min manat (0,1 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 50 milyon 680,5 min manat (21,9 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 6,2 faiz, tikinti sahəsində 63,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 4,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,8 faiz artmış, sənaye sahəsində 1,2 faiz, informasiya və rabitə xidmətləri sahəsində 60,4 faiz azalmışdır.

Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi.

                                                                           

2025-ci ilin yanvar-iyun ayları

faktiki

qiymətlərlə,

min manat

2024-cü ilin yanvar-iyun ayları

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2025-ci ilin yanvar-iyun ayları 

2024-cü ilin qiymətləri ilə,

min manat 

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

106499,0

92308,7

116,8

91201,0

98,8

45,8

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq    

62489,5

54540,1

107,9

57933,6

106,2

26,9

Tikinti

6329,5

3873,2

100,0

6329,5

163,4

2,7

Nəqliyyat və anbar təsərrüfatı 

6008,2

5683,5

101,6

5913,6

104,0

2,6

İnformasiya və rabitə

311,2

786,3

100,0

311,2

39,6

0,1

Ticarət, nəqliyyat vasitələrinin təmiri

50680,4

46606,7

104,8

48359,2

103,8

21,9

Yekun:

232317,8

203798,5

110,6

210048,1

103,1

100,0

 Qrafik 1

2025-ci ilin yanvar-iyun aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə


Qrafik 2

2025-ci ilin yanvar-iyun aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə


Sənaye

2025-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri tərəfindən 106 milyon 499,0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,2 faiz az olmuşdur. Ümumi istehsalın 85,4 faizini sənaye məhsulları, 14,6 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 13,6 faizi mədənçıxarma, 71,4 faizi emal, 14,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2024-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz azalaraq 90 milyon 615,6 min manat və ya sənaye məhsulunun 85,1 faizini təşkil etmişdir.

Qrafik 3

2025-ci ilin yanvar-iyun aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə

İstehlakçılara 104 milyon 449,8 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 iyul 2025-ci il tarixinə sənaye müəssisələrinin anbarlarında 11 milyon 606,5 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 10,9 faizini təşkil etmişdir.

Cədvəl 3

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2025-ci ilin yanvar-iyun aylarında

istehsal

edilmişdir,

min manatla

2024-cü ilin yanvar-iyun aylarına

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə

 

Cəmi *) 

106499,0

98,8

100,0

 

o cümlədən: dövlət sektoru

15883,4

104,6

14,9

 

qeyri-dövlət sektoru

90615,6

97,8

85,1

 

Mədənçıxarma sənayesi

14466,0

156,7

13,6

 

 o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

14466,0

156,7

13,6

 

Emal sənayesi

76092,4

90,6

71,4

o cümlədən: qida məhsullarının istehsalı 

4121,0

625,7

3,9

içki istehsalı

30,5

44,5

0,03

mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

1042,2

16,6 d

1,0

poliqrafiya məhsullarının istehsalı

369,1

167,6

0,3

rezin və plastik kütlə məmulatlarının istehsalı

247,5

301,9

0,2

tikinti materiallarının istehsalı

65186,2

89,7

61,2

mebellərin istehsalı

5051,0

87,8

4,7

sair sənaye məhsullarının istehsalı 

5,1

191,7

0,0

maşın və avadanlıqların quraşdırılması və təmiri

22,5

155,2

0,02

elektrik avadanlıqlarının istehsalı

17,3

-

0,02

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

15180,0

87,1

14,3

Su təchizatı, tullantıların 

təmizlənməsi və emalı

760,6

96,9

0,7

o cümlədən suyun yığılması, təmizlənməsi və paylanması 

459,1

93,9

0,4

digər tullantıların yığılması və məhv  edilməsi

301,5

76,0

0,3

*)  Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Mədənçıxarma sektorunda müəssisələr tərəfindən araşdırılan dövrdə 14 milyon 466,0 min manatlıq məhsul istehsal edilmiş, məhsul istehsalının ümumi həcmində 13,6 faiz təşkil etmiş və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 56,7 faiz artmışdır. 

Emal sektorunun müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 76 milyon 92,4 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişrayon üzrə məhsul  istehsalının ümumi həcmində 71,4 faiz təşkil etmiş və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 9,4 faiz azalmışdır. Sahə üzrə məhsul istehsalında əsasını tikinti materiallarının istehsalı 85,7 faiz, qida məhsullarının istehsalı 5,4 faiz, mebellərin istehsalı 5,4 faiz, digər məhsulların istehsalı isə 2,3 faiz təşkil edir. 

Qida məhsullarının istehsalı 4 milyon 121,0 min manat olaraq, bölmə üzrə məhsulun 6,9 faizini təşkil etmiş, içki istehsalının həcmi isə 30,5 min manat olmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 15 milyon 180,0 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,9 faiz azalmış və rayon əhalisinə və digər istehlakçılara 50608,7 MVts elektrik enerjisi, 74,29 milyon kubmetr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmiş məhsulun həcmi 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 3,1 faiz azalaraq və 760,6 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 562,5 min kubmetr təbii su verilmişdir.

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)

Məhsul növlərinin adı və

ölçü vahidi

2025-ci ilin yanvar-iyun aylarında istehsal

edilmişdir

(əmtəəlik) 

   2024-cü

ilin yanvar-iyun aylarına

nisbətən,

faizlə

01.07.2025-ci il tarixinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi 

bentonit, ton

130804,0

159,9

181548,0

əhəngdaşı  tozu, ton

11551,3

139,7

-

inşaat  üçün əhəng     daşı, ton

16381,0

138,9

-

kvarsit, ton 

103388,7

x

-

Qida məhsullarının istehsalı 

 

 

 

buğda və ya çovdarla qarışıq buğda unu, ton

158,4

95,0

-

çörək, ton

563,3

114,7

-

İçki istehsalı

Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

9,0

44,5

-

Sement istehsalı

Portland sement, min ton

381,0

113,6

7,24

Sement klinkerləri

73,01

37,8

98,49

Mebellərin istehsalı

yataq, yemək və  qonaq  otaqları üçün taxta mebellər, ədəd

3164

88,1

-

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

50608,7

101,2

-

qazın bölüşdürülməsi, milyon kubmetr

74,29

105,5

-

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

2463,8

86,7

-

təbii suyun yığılması və bölüşdürülməsi,

min kubmetr

562,5

100,2

-

 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

2025-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyon 286,1 min manat və ya 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 64,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyon 323,1 min manatı və ya 77,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 47,0 faizini dövlət, 53,0 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər

 

2025-ci ilin yanvar-iyun ayları,

min manatla

2024-cü ilin yanvar-iyun aylarına  nisbətən, 

faizlə

Ümumi

 həcmdə 

xüsusi                      çəkisi, faizlə

Cəmi

4286,1

35,8

100,0

o cümlədən:

 dövlət sektoru

2016,2

21,3

47,0

qeyri-dövlət sektoru

2269,9

90,1

53,0

Qrafik 4

2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə


Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla 

(2025-ci ilin yanvar-iyun ayları)

Cədvəl 6

 

Cəmi

Ümumi

 yekuna nisbətən, 

faizlə

2024-cü ilin yanvar-iyun aylarına

 nisbətən, faizlə

 Cəmi

6329,5

100,0

163,4

o cümlədən:  inşa,yenidənqurma və bərpa işləri

5198,6

82,1

185,4

cari təmir işləri

1085,6

17,2

106,0

sair tikinti işləri

45,3

0,7

100,0

Kənd təsərrüfatı

2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 62 milyon 489,5 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 6,2 faiz artmışdır. 

Bitkiçilik. 2025-ci ilin məhsulu üçün 4645,0 hektar sahədə buğda, 6835,0 hektar sahədə arpa səpini aparılmışdır. 2025-ci ilin məhsulu üçün ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələrinin qəti uçotu aparılmışdır. Uçotun nəticələrinə əsasən bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur.

Cədvəl 7

2025-ci ilin məhsulu üçün  kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar


2025-ci il

2024-cü il

2025-ci il

2024-cü ilə

nisbətən, faizlə

Cəmi əkin sahəsi 

18535,0

18533,0

100,0

o cümlədən: dənlilər və dənli paxlalı bitkilər

11600,0

11571,0

100,3

o cümlədən: buğda

4645,0

4507,0

103,1

arpa

6835,0

6938,0

98,5

vələmir

80,0

80,0

100,0

sorqo

30,0

32,0

93,8

paxlalılar

10,0

14,0

71,4

qarğıdalı

350,0

350,0

100,0

günəbaxan

35,0

40,0

87,5

tərəvəz

786,0

791,0

99,4

kartof

1330,0

1320,0

100,8

yem bitkiləri

4391,0

4416,0

99,4

bostan bitkiləri

43,0

45,0

95,6

Cədvəl 8

2025-ci ilin yanvar-iyun aylarında əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq

 

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsuldarlıq, sen/ha

Dənli və dənli paxlalıların, cəmi 

5230,0

16811,0

32,1

o cümlədən: buğda

253,0

885,0

35,0

arpa

4977,0

15926,0

32,0

Tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular, cəmi

434,0

9267,0

213,5

o cümlədən: yaşıl lobya

92,0

184,0

20,0

bibər

41,0

902,0

220,0

xiyar

83,0

2863,5

345,0

badımcan

5,0

142,5

285,0

pomidor

108,0

3780,0

350,0

baş sarımsaq

10,0

145,0

145,0

kartof

10,0

400,0

400,0

sair tərəvəzlər

85,0

850,0

100,0

Yem bitkiləri, cəmi

1650,0

4950,0

30,0

Meyvələr, cəmi

1509,7

4099,2

27,2

Giləmeyvələr, cəmi

43,1

595,0

138,1

Heyvandarlıq. 2025-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 2597,1 ton ət, 16552,0 ton süd, 6030,0 min ədəd yumurta, 236,0 ton yun istehsal edilmişdir. 2024-cü ilin yanvar-iyun aylarına nisbətən süd istehsalı 0,6 ton azalmış, yumurta istehsalı 5,0 min ədəd, yun istehsalı 0,2 ton artmışdır.

Cədvəl 9

Heyvandarlıq məhsullarının istehsalı, ton

       

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən

%

+, -

Ət (diri çəkidə)

2597,1

2597,1

100,0

 

Süd

16552,0

16552,6

100,0

-0,6

Yumurta, min ədəd

6030,0

6025

100,1

+5,0

Yun

236,0

235,8

100,1

+0,2

2025-ci il iyul ayının 1-i tarixinə 29337 baş iribuynuzlu mal-qara (ondan 15890 baş inək və camış), 126829 baş qoyun və keçi mövcud olmuşdur. Ötən ilin mavafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 5 baş, qoyun və keçilərin sayı 699 baş (0,6 faiz) artmış, ana inək və camışların sayı isə 128 baş (0,8 faiz) azalmışdır.

Cədvəl 10

      Mal-qaranın sayı, 01.07.2025-ci il tarixinə, baş

       

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun aylarına nisbətən

%

+, -

İribuynuzlu mal-qara  

29337

29332

100,0

+5

ondan: inək və camışlar

15890

16018

99,2

-128

Qoyun və keçilər

126829

126130

100,6

+699

Nəqliyyat

2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 8130,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 6,1 faiz artmışdır.

Cədvəl 11     

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər

 

2025-ci ilin 

yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

 Cəmi

8130,0

7662,0

106,1

2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 730,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 6,6 faiz artmışdır.

Cədvəl 12

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton

 

 

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları  

2024-cü ilin yanvar-iyun aylarına 

nisbətən,  

faizlə

 Cəmi

                  730,0

                 685,0

                                106,6

2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələri tərəfindən 6 milyon 8,2 min manatlıq xidmət göstərilmiş, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 4,0 faiz artmışdır. Göstərilmiş xidmətin 139,4 min manatı (2,3 faizi) dövlət sektorunun, 5 milyon 868,8 min manatı (97,7 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 13

 

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları 

2024-cü ilin yanvar-iyun aylarına 

 nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

6008,2

5683,5

104,0

o cümlədən: dövlət sektoru

139,4

155,2

88,4

qeyri-dövlət sektoru

5868,8

5528,3

104,5

İnformasiya və rabitə

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 60,4 faiz azalaraq 311,2 min manat təşkil etmişdir ki, bunun da 154,4 min manatı (49,6 faizi) əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri 2024-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 74,7 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 58,5 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,5 faiz təşkil etmişdir.

Cədvəl 14

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat 

 

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları 

2024-cü ilin yanvar-iyun aylarına 

nisbətən,

 faizlə

İnformasiya və rabitə 

xidmətlərindən əldə olunan gəlir

 

311,2

 

786,3

 

39,6

o cümlədən: dövlət sektoru

181,9

620,6

29,3

qeyri-dövlət sektoru

129,3

165,7

78,0

İstehlak bazarı

2025-ci ilin yanvar-iyun aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 182 milyon 999,4 min manat olmaqla 2024-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 3,8 faiz artmışdır.

Cədvəl 15

İstehlak bazarı üzrə əsas göstəricilər

                                  

2025-ci ilin yanvar-iyun ayları,

min manatla

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

182999,4

103,8

o cümlədən: dövlət mülkiyyəti üzrə

5979,9

93,0

qeyri-dövlət mülkiyyəti üzrə

177019,5

104,2

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

139619,4

106,5

Əmtəə bazarı

2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 158 milyon 376,4 min manatlıq məhsul satılmış və onun 85 milyon 447,8 min manatını (54,0 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 72 milyon 928,6 min manatını (46,0 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2024-cü ilin yanvar-iyun aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artmışdır. 

Cədvəl 16

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

 

2025-ci ilin yanvar-iyun ayları,

min manatla

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

158376,4

100,0

103,8

o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları

85447,8

54,0

101,5

qeyri-ərzaq malları

72928,6

46,0

106,5

2025-ci ilin yanvar-iyun aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 273,8 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 147,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 126,1 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 23,3 faizini hüquqi şəxslər, 19,3 faizini fərdi sahibkarlar tərəfindən, 57,4 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 17

Məhsul  bazarı üzrə əsas göstəricilər

 

2025-ci ilin yanvar-iyun ayları,

min manatla

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

158376,4

103,5

o cümlədən: müəssisələr üzrə

36938,2

97,7

fərdi sahibkarlar üzrə

30609,1

100,6

bazar və yarmarkalar üzrə

90829,1

107,6

Qrafik 5

2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə 


Cədvəl 18

2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin dinamikası 

 

Əvvəlki ilin yanvar-iyun aylarına  nisbətən müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

 ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

2025-ci il

Yanvar-iyun

103,8

101,5

106,5

2024-cü il

Yanvar- iyun

107,1

107,6

106,4

01.07.2025-ci il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 14 milyon 483,4 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2025-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin yanvar-iyun ayları ilə  müqayisədə 9,7 faiz artaraq 2 milyon 800,0 min manat olmuşdur.

Cədvəl 19

 

2025-ci ilin yanvar-iyun ayları,

min manatla

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi 

2800,0

109,7

o cümlədən:  hüquqi şəxslər  üzrə

-

-

fiziki şəxslər üzrə

2800,0

109,7

Əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin yanvar-iyun aylarına nisbətən real ifadədə 3,6 faiz artaraq 21 milyon 823,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyon 639,9 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 30,4 faizini təşkil etmişdir.

Cədvəl 20

Ödənişli xidmətlərin göstərilməsi

 

2025-ci ilin yanvar-iyun ayları,

min manatla

2025-ci ilin yanvar-iyun ayları

2024-cü  ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

21823,0

103,6

o cümlədən: dövlət sektoru

5979,9

93,0

qeyri-dövlət sektoru 

15843,1

108,3

ondan:  fiziki şəxslər 

15183,1

111,1

2025-ci ilin yanvar-iyun aylarında əhalinin hər bir nəfəri orta hesabla 226,4 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 21

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri                         

 

Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

 üzrə

2024-cü il

Yanvar-iyun

102,5

51,3

223,3

2025-ci il

Yanvar-iyun

103,6

89,8

111,1

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 89,3 faiz təşkil etmişdir.

Cədvəl 22

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 

 

2025-ci ilin yanvar-iyun ayları,

min manatla

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun aylarına  nisbətən, faizlə

Ümumi həcmdə 

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

6441,7

90,2

100,0

o cümlədən: əsas fəaliyyət növü üzrə (iri və orta müəssisələr) 

689,2

45,2

10,7

digər sahələrin iri və orta

5752,5

102,5

89,3

ondan sənaye

5752,5

102,5

89,3

Qrafik 6

  2025-ci ilin yanvar-iyun aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə


Qiymət indeksləri

İstehlak qiymətləri indeksi

2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,5 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 110,1 faiz təşkil etmişdir. 2025-ci ilin iyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,8 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 109,1 faiz təşkil etmişdir. 2025-ci ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,1 faiz təşkil etmişdir. 2025-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 115,4 faiz təşkil etmişdir.

Cədvəl 23

İstehlak qiymətləri indeksinin dəyişməsi

 

Cəmi məhsullar və xidmətlər

Qida məhsulları, alkoqollu içkilər və tütün  məmulatları

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

2025-ci il

Aprel

100,5

110,0

100,9

108,9

May

99,7

110,1

99,1

109,1

İyun

99,5

110,1

98,8

109,1

..ardı

 

Qeyri-qida məhsulları 

 Ödənişli     xidmətlər

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən, 

faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

2025-ci il

Aprel

100,5

105,0

100,0

115,6

May

100,3

105,0

100,0

115,5

İyun

100,0

105,1

100,0

115,4

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2025-ci ilin yanvar-iyun aylarında 10581 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6674 nəfər (63,1 faiz), qeyri-dövlət sektorunda isə 3907 nəfər (36,9 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 17,6 faizi sənaye (o cümlədən 3,2 faizi mədənçıxarma, 7,7 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,7 faizi tikinti, 0,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,3 faizi xidmət sahələrində, o cümlədən 28,7 faizi təhsil, 20,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,8 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,4 faizi maliyyə və sığorta, 0,9 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması

2025-ci ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 41 yeni iş yeri açılmış və 362 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 38-i mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.

Cədvəl 24

2024-cü il və 2025-ci ilin yanvar-iyun aylarında yeni açılmış iş yerlərinin xarakteristikası

 

2024-cü ilin yanvar-iyun aylarında

 

2025-ci ilin yanvar-iyun aylarında

 

Yekuna görə xüsusi çəkisi, faizlə

Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

62

41

100,0

o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda

10

3

7,3

mövcud  müəssisə və təşkilatlarda

52

38

92,7

Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

660

362

100,0

Əməkhaqqı

2025-ci ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 766,5 manat, həmçinin dövlət sektorunda 737,0 manat, qeyri-dövlət sektorunda 816,9 manat təşkil etmiş, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən rayon üzrə 8,0 faiz, o cümlədən dövlət sektoru üzrə 9,5 faiz, qeyri-dövlət sektoru üzrə isə 6,2 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1601,6 manat, mədənçıxarma sənayesində 1010,2 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 878,9 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 915,6 manat, maliyyə və sığorta sahəsində 1821,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1041,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 824,1 manat təşkil etmişdir.

Cədvəl 25

2025-ci ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarəsi

 

 

 

Fəaliyyət növləri

İşçilərin

sayı,

nəfər

 

Bir işçiyə düşən orta aylıq nominal 

əməkhaqqı, manatla

2025-ci ilin yanvar-iyun aylarında 

 

2024-cü ilin yanvar-iyun aylarına 

 nisbətən, 

faizlə

Orta  rayon göstəricisinə

nisbətən,

faizlə

 

 

 Cəmi

10581

766,5

108,0

100,0

 

 ondan:

  dövlət mülkiyyəti

6674

737,0

109,5

96,2

 

qeyri-dövlət mülkiyyəti

3907

816,9

106,2

106,6

A

o cümlədən: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

48

699,0

143,8

91,2

B

Mədənçıxarma sənayesi

342

1010,2

100,3

131,8

C

Emal sənayesi*)

810

1601,6

100,1

208,9

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

233

878,9

103,0

114,7

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

472

575,5

117,1

75,1

F

Tikinti

290

533,4

114,9

69,6

G

Ticarət, nəqliyyat vasitələrinin  təmiri*) 

2122

502,5

105,9

65,6

H

Nəqliyyat və anbar təsərrüfatı *)

212

915,6

109,9

119,5

İ

Turistlərin yerləşdirilməsi və ictimai iaşə *)                  

18

509,2

121,0

 

66,4

J

İnformasiya və rabitə *)

97

657,3

95,5

85,8

K

Maliyyə və sığorta fəaliyyəti

148

1821,0

107,7

237,6

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

44

459,5

110,4

59,9

M

Peşə, elmi və texniki fəaliyyət

26

685,4

115,6

89,4

                                                                                                                                      ...ardı

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

200

576,9

113,6

75,3

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat                                

598

1041,8

100,4

135,9

P

Təhsil

3039

674,3

109,9

88,0

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1243

824,1

112,3

107,5

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

594

533,2

112,8

69,6

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

45

748,1

101,2

97,6








*) Fiziki şəxslər nəzərə alınmaqla

Qrafik 7

 

2025-ci və 2024-cü ilin yanvar-iyun aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla


Demoqrafik vəziyyət

İlkin hesablamalara əsasən rayon əhalisinin sayı 2025-ci ilin yanvar-iyun aylarında 87 nəfər artaraq 01.07.2025-ci il tarixinə 96 min 554 nəfərə çatmışdır. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadratkilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.

Cədvəl 26

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri  

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2025-ci ilin yanvar-iyun ayları

 

2024-cü ilin yanvar-iyun ayları

 

  artım(+)

azalma(-)

2025-ci ilin yanvar-iyun ayları

 

2024-cü ilin yanvar-iyun ayları

 

2025-ci ilin yanvar-iyun ayları

 2024-cü ilin yanvar-iyun aylarına nisbətən,

faizlə

Təbii artım

104

138

-34

2,2

2,9

75,7

Doğulanlar

469

473

-4

9,8

9,9

99,0

Ölənlər

365

335

30

7,6

7,0

108,6

Nikahlar

233

258

-25

4,9

5,4

90,7

Boşanmalar

83

103

-20

1,7

2,2

77,3

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında rayonda 469 nəfər doğulan körpə qeydə alınmış və 2024-cü ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,8 təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun aylarında rayonda 365 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə bu göstərici 7,6 təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbəsi tərəfindən 233 nikah, 83 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9, boşanmaların sayı isə 1,7 təşkil etmişdir.

Qrafik 8

2025-ci və 2024-cü ilin yanvar-iyun aylarında demoqrafik göstəricilər, nəfərlə


Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi                           


Geri qayıt