Qazaxda yeniyetmələr arasında kross qaçışı üzrə rayon birinciliyi keçirilib
Mayın 18-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman
Kompleksinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında kross qaçışı üzrə
Qazax rayon birinciliyi keçirilib. Yarışda ümumilikdə 44 nəfər iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində
keçən yarışda 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında 2000 metr məsafəyə
qaçışda Nəsibov Seyid Fərman oğlu I yeri, Musayev Kənan Faiq oğlu II yeri, Xəlilov
Əziz Niyazi oğlu III yeri tutub. 2007-2008-ci il təvəllüdlü yeniyetmələr
arasında 1000 metr məsafəyə qaçışda Məmmədov Raul Rauf oğlu I yeri, Allahverdiyev
Ramin İntiqam oğlu II yeri, Əliyev Ramal
İlham oğlu isə III yeri qazanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş