Əsas Səhifə > İdman > Qazaxda yeniyetmələr arasında kross qaçışı üzrə rayon birinciliyi keçirilib

Qazaxda yeniyetmələr arasında kross qaçışı üzrə rayon birinciliyi keçirilib


18-05-2022, 23:14


Mayın 18-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında kross qaçışı üzrə Qazax rayon birinciliyi keçirilib.

Yarışda ümumilikdə 44 nəfər iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında 2000 metr məsafəyə qaçışda Nəsibov Seyid Fərman oğlu I yeri, Musayev Kənan Faiq oğlu II yeri, Xəlilov Əziz Niyazi oğlu III yeri tutub.

2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında 1000 metr məsafəyə qaçışda Məmmədov Raul Rauf oğlu I yeri, Allahverdiyev Ramin İntiqam oğlu II yeri,  Əliyev Ramal İlham oğlu isə III yeri qazanıb.








 

GOYEZEN.AZ


Geri qayıt