Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş voleybol üzrə açıq rayon birinciliyi keçirilib
Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş voleybol üzrə
2007-2008-ci il təvəllüdlü oğlanlar arasında açıq rayon birinciliyi keçirilib. 5-6 may 2022-ci il tarixlərdə Qazax şəhər Firuddin Şamoyev adına 4
nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışda 5 komandadan 52 nəfər
iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Qazax şəhər
Qaratel Hacımahmudova adına ümumi orta məktəb I yeri, Qazax Rayon İsmayıl Şıxlı
adına Kosalar kənd tam orta məktəb II yeri, Qazax şəhər Namiq Vəliyev adına 5
nömrəli tam orta məktəb isə III yeri tutub. Yarışda
I, II, III yerləri tutmuş qalib komandalar və komanda üzvləri Qazax Rayon
Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş