Məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib
14-17 dekabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən
Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin idman zalında məktəbli
qızlar arasında voleybol üzrə rayon birinciliyi yarışları keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, keçirilən yarışda 6
komandadan 54 nəfər idmançı iştirak edib. Gərgin və
maraqlı idman mübarizəsi şəraitində keçirilən yarışda Qazax şəhər Namiq Vəliyev
adına 5 nömrəli tam orta məktəbin komandası I yeri, Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin komandası
II yeri, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin komandası
isə III yeri tutub. Yarışda
I, II, III yerləri tutmuş komandaların üzvləri Qazax Rayon Gənclər və İdman
İdarəsi tərəfindən müvafiq Fəxri Fərmanlarla
təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş