Əsas Səhifə > İdman > Məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib

Məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib


17-12-2021, 21:48


14-17 dekabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin idman zalında məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi yarışları keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, keçirilən yarışda 6 komandadan 54 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən yarışda Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin komandası I yeri, Alı Mustafayev adına  Qazaxbəyli kənd tam orta məktəbin komandası II yeri, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin komandası isə III yeri tutub.

Yarışda I, II, III yerləri tutmuş komandaların üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi  tərəfindən müvafiq Fəxri Fərmanlarla təltif olunublar.






 

GOYEZEN.AZ


Geri qayıt