• Təqvim

  • Maraq



Qazaxda məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib


7-10 dekabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyi yarışları keçirilib.

Yarışda 10 komandadan 86 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin komandası I yeri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası II yeri, İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin komandası isə III yeri tutub.

Qalib komanda kubokla, I, II, III yerləri tutmuş komandaların üzvləri isə Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Fəxri Fərmanlarla təltif olunublar.










 

GOYEZEN.AZ



Facebook-da paylaş