Qazaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş məktəblilər arasında mini-futbol üzrə rayon Birinciliyi yarışları keçirilib
13-15
oktyabr 2021-ci il tarixlərdə Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax
Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş
15-17 yaşlı məktəblilər arasında mini-futbol üzrə rayon Birinciliyi yarışları
keçirilib. Gərgin
və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 13 komanda olmaqla, 132
nəfər iştirak edib. Keçirilən
bu yarışlarda Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin komandası I
yeri, Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin komandası II yeri,
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası isə III yeri tutub. Yarışda I,II,III
yerləri tutmuş komanda iştirakçıları Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən
müvafiq Diplom və medallarla təltif olunublar. GOYEZEN.AZ
Facebook-da paylaş