Əsas Səhifə > İdman > Qazaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş məktəblilər arasında mini-futbol üzrə rayon Birinciliyi yarışları keçirilib

Qazaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş məktəblilər arasında mini-futbol üzrə rayon Birinciliyi yarışları keçirilib


15-10-2021, 20:26


13-15 oktyabr 2021-ci il tarixlərdə Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günühəsr olunmuş 15-17 yaşlı məktəblilər arasında mini-futbol üzrə rayon Birinciliyi yarışları keçirilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 13 komanda olmaqla, 132 nəfər iştirak edib. 

Keçirilən bu yarışlarda Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin komandası I yeri, Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin komandası II yeri, İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası isə III yeri tutub.

Yarışda I,II,III yerləri tutmuş komanda iştirakçıları Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.









GOYEZEN.AZ


Geri qayıt