• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda məktəbli oğlanlar arasında həndbol üzrə rayon turniri keçirilib


Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq məktəbli oğlanlar arasında həndbol üzrə rayon turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə qalib adı uğrunda 9 komandadan 108 nəfər idmançı mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Canalı kənd tam orta məktəbin komandası I yeri, Qazax Olimpiya İdman Kompleksinin komandası II yeri, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin komandası isə III yeri tutub.

Qalib komandalar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.





 

GOYEZEN.AZ



Facebook-da paylaş