• Təqvim

  • Unutma

  • Maraq



Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə “Mahir nişançı” başlığı altında rayon birinciliyi keçirilib


Fevralın 24-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə "Mahir nişançı” başlığı altında rayon birinciliyi keçirilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən yarışda 27 komandadan 81 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qaydalarına əsasən ən çox xal toplayan Bakı Dövlət Universitetinin Qazax filialının komandası I yeri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası II yeri, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin komandası isə III yeri tutublar.

Yarışın fərdi hissəsində isə Hüseynov Nəsib Eldar oğlu I yeri, Əliyev Zamil Zamir oğlu II yeri, Alıyev Fuad Həmid oğlu isə III yeri tutaraq "Sərrast nişançı” adını qazanıblar.

Yarışda I, II, III yerləri tutmuş komandalar və komanda üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlarla təltif olunublar.










 

GOYEZEN.AZ



Facebook-da paylaş