Qazaxda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə “Mahir nişançı” başlığı altında rayon birinciliyi keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə "Mahir nişançı” başlığı altında rayon birinciliyi keçirilib.
S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışda rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin 33 komandasından 99 nəfər iştirak edib.
Ümumi komanda hesabında A.Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbin komandası I, M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin komandası II, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.
Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin şagirdi İzzət Eyyubov isə "Ən sərrast atıcı” nominasiyası üzrə qalib adını qazanıb.
Sonda qalib gələn komanda və üzvlər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş