Qazaxda "Mahir nişançı" güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib
Qazax rayon Gənclər və İdman İdarəsinin 2019-cu
ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planının icrasını təmin
etmək məqsədilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Mahir
nişançı" güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib. S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin
idman meydançasında keçirilən birincilikdə rayonda fəaliyyət göstərən orta
ümumtəhsil məktəblərinin, ali və orta ixtisas təhsili müəssisələrinin 31
komandasından 93 nəfər iştirak edib. Ümumi komanda hesabında Aşağı Salahlı kənd tam orta
məktəbin komandası I yeri, Çaylı kənd 2 saylı tam orta məktəbin komandası II
yeri, Ürkməzli kənd tam
orta məktəbin komandası isə III yeri tutub. Şəxsi yarışlarda isə Aşağı Salahlı kənd tam orta məktəbin şagirdi Rəvan
Hüseynov I yerə, Aşağı Əskipara kənd tam orta məktəbin şagirdi Fəqan Adıgözəlov
II yerə, Yuxarı Əskipara kənd tam orta məktəbin şagirdi Vasif Musayev III yerə
layiq görülüblər. Ürkməzli kənd tam orta məktəbin şagirdi Mahir Orucov "Ən
sərrast atıcı" nominasiyası üzrə qalib adını qazanıb. Qaliblər Qazax rayon Gənclər və İdman İdarəsinin kuboku, müvafiq
diplomları və medalları ilə təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş