Əsas Səhifə > İdman > Qazaxda "Mahir nişançı" güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib
Qazaxda "Mahir nişançı" güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib22-02-2019, 17:00 |
Qazax rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planının icrasını təmin etmək məqsədilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Mahir nişançı" güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib. S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən birincilikdə rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin, ali və orta ixtisas təhsili müəssisələrinin 31 komandasından 93 nəfər iştirak edib. Ümumi komanda hesabında Aşağı Salahlı kənd tam orta məktəbin komandası I yeri, Çaylı kənd 2 saylı tam orta məktəbin komandası II yeri, Ürkməzli kənd tam orta məktəbin komandası isə III yeri tutub. Şəxsi yarışlarda isə Aşağı Salahlı kənd tam orta məktəbin şagirdi Rəvan Hüseynov I yerə, Aşağı Əskipara kənd tam orta məktəbin şagirdi Fəqan Adıgözəlov II yerə, Yuxarı Əskipara kənd tam orta məktəbin şagirdi Vasif Musayev III yerə layiq görülüblər. Ürkməzli kənd tam orta məktəbin şagirdi Mahir Orucov "Ən sərrast atıcı" nominasiyası üzrə qalib adını qazanıb. Qaliblər Qazax rayon Gənclər və İdman İdarəsinin kuboku, müvafiq diplomları və medalları ilə təltif olunublar.
GOYEZEN.AZ Geri qayıt |